Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:32

Yanukoviç İlham Əliyevlə müzakirələrə hazırdır


Viktor Yanukoviç Ukraynanın Luqansk şəhərində seçki kampaniyasında iştirak edir. 3 fevral 2010
Viktor Yanukoviç Ukraynanın Luqansk şəhərində seçki kampaniyasında iştirak edir. 3 fevral 2010

Ukrayna prezidentliyinə namizəd, Regionlar partiyasının lideri Viktor Yanukoviç beynəlxalq GUAM təşkilatının öz aktuallığını itirdiyini deyb.

Fevralın 3-də Luqansk vilayətində səfərdə olan Yanukoviç fikrini jurnaslitlərə belə izah edib ki, ötən 5 il ərzində GUAMla bağlı ancaq deklarativ sözlər eşidib, konkret əməli fəaliyyət isə görməyib.

Lakin o vəd edib ki, prezident seçilsə bu və digər məsələləri Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etməyə hazırdır.

GUAM – Demokratiya və İqtisai İnkişaf təşkilatı 2001-ci ildə, Yalta xartiyası əsasında yaradılmış, ilkin adı GUUAM idi. Təşkilata Gürcustan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova daxil idi. Onun adı da bura daxil ölkələrin baş hərfindən təşkil olunmuşdu. 2002-ci ildə Özbəkistan təşkilatın sıralarını tərk etdi. Gürcüstan, Moldova və Ukrayanda Qərbyönlü siyasi qüvvələr hakimiyyətə gələndən sonra bu GUAMı Rusiyaya qarşı alyans kimi də qiynətləndirirdilər.

XS
SM
MD
LG