Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:58

Bloqqerlərin məhkəməsi yenə baş tutmadı


Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Apellyasiya Məhkəməsinin binasının girişində jurnalistlərin necə deyərlər, «silah-sursatını» - yəni diktafon və fotoaparatını aldılar, mobil telefonu isə söndürməyi tapşırdılar.

Məhkəmə isə başlayandan az sonra yekunlaşdı. Səbəbi haqda bir qədər sonra.

Fevralın 17-də bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə də baş tutmadı. Bu dəfə vəkillər məhkəmə tərkibinə etiraz etdilər.

Vəkil İsaxan Aşurov dedi ki, hələ ötən il Adnan Hacızadə və Emin Milli həbs olunanda onlara qarşı polis idarəsində göstərilmiş qeyri-insan davranışdan şikayət ediblər. Amma birinci məhkəmə instansiyası onların şikayətini qəbul etməyib. Vəkillər də məhkəmə qərarından apellyasiya veriblər.

O VAXTKI APELLYASİYAYA HAZIRKI MƏHKƏMƏ KOLLEGİYASI BAXIB


İsaxan Aşurov AzadlıqRadiosuna deyir ki, o vaxtkı apellyasiya şikayətinə hazırkı məhkəmə kollegiyası baxıb:

- Onlar müdafiə hüququnun pozulması və pis rəftarla bağlı apellyasiya şikayətinə baxılmasında iştirak ediblər. Hazırkı kollegiyanın bir üzvü isə təqsirsizlik ehtimalının pozulmasıyla bağlı apellyasiya şikayətində başqa bir tərkibdə də iştirak edib.

Əvvəlki apellyasiya şikayətlərində hazırkı məhkəmə tərkibinin qərəzli mövqe tutduğunu iddia edən vəkil İsaxan Aşurov bu dediklərinin sübut kimi qiymətləndirilməsini istədi.

Adnan Hacızadə və Emin Milli də vəkillərinin vəsatətlərini müdafiə etdilər. Bloqqerlər bildirdilər ki, onlar işlərinə qanun əsasında baxılmasını istəyirlər.

Məhkəmə tərkibinə daxil olan hakimlər - Abdin Abdinbəyov, Qail Məmmədov və Rizvan Səfərov isə elə yerlərindəcə məşvərət edib bildirdilər ki, kollegiya heyətinin tərkibini dəyişmək Bakı Apellyasiya Məhkəməsi sədrinin səlahiyyətinə aiddir. Ona görə də vəsatətə sədr münasibətini bildirməlidir.

«MƏN FALÇI DEYİLƏM»

Bloqqerlərin vəkilləri indiyədək müxtəlif apellyasiya şikayətləri veriblər, amma bu şikayətlərin heç biri təmin edilməyib. Məhkəmə heyətinin dəyişməsi Səbail rayon Məhkəməsinin hökmündən verilən şikayətin araşdırılmasına təsir edəcəkmi? İsaxan Aşurov bunu bilmir:

- Mən falçı deyiləm. Sadəcə, qanunun bizə yaratdığı hüquqdan istifadə edirik.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG