Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:15

«Abutalıbov dedi ki, 1500 manatdan bir qəpik artıq vermirəm»


Sakinlər Prezident Administrasiyasının qarşısında

Bakıda «Qış bağı» salınacaq ərazidə yaşayan sakinlərə mənzillərinin hər kvadrat metrinə görə 1500 dollar yerinə 1500 manat təklif olunub.

Fevralın 20-də 60-a yaxın sakin evlərinin sökülməsinə etiraz olaraq prezidentə şikayətə gediblər.

Prezident Administrasiyasından isə onları Bakı şəhər İcra Hakimiyyətinə, Hacıbala Abutalıbovla görüşə göndəriblər.

Sakinlərin təmsilçisi Hikmət İsmayılov:

«Abutalıbov dedi ki, 1500 manatdan bir qəpik artıq heç kimə, heç nə vermirəm. Gedin, məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsınız. Son sözü bu oldu ki, nə istəyirəm onu da edirəm. Ancaq prezidentə müraciət etməyimiz qalıb, görək, prezident bizə nə deyəcək. O da bizə belə desə, onda gərək özümüzü ya asaq, ya güllələyək».



Bakının mərkəzində-Heydər Əliyev adına Sarayın arxasında Bakı şəhər İcra Hakimiyyəti «Qış bağı» salır. Həmin ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara təklif olunan 1500 dollarla razılaşmırlar. Deyirlər ki, hökumət ərazidən köçürüləcək sakinlərə daha artıq pul ayırıb, ancaq məmurlar bu pulu ödəmək istəmirlər.

Sakinlər evlərinin hər kvadrat metrinə 5 min manat tələb edirlər.
XS
SM
MD
LG