Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:27

Tanınmış İran şairəsini ölkədən çıxmağa qoymadılar


Müasir İran poeziyasının ən görkəmli simalarından biri – 82 yaşlı şairə Simin Behbahaniyə ölkəni tərk etməyə icazə verməyiblər.

Təhlükəsizlik xidmətinin əməkdaşları martın 8-də onu bir neçə saat Tehranın hava limanında saxlayaraq sorğu-sual ediblər.

Behbahani İranda qadın hüququları uğrunda mübariz kimi tanınır.

BBC xəbər verir ki, onu Parisə feminist qəzetin təqdimatına və konfransda şeir oxumağa dəvət etmişdilər. Şairə deyib:

"Mən təyyarəyə minməyə hazırlaşırdım, amma bu vaxt bir nəfər yaxınlaşıb mənə dedi ki, xaricə getməyimə qadağa qoyulub və passportumu götürüb apardı".

Şairə BBC-yə deyib ki, ona işinin məhkəməlik olduğu bildirilib.

Behbahani 2009-cu ilin prezident seçkisindən sonra baş verən etiraz aksiyalarında tutulan adamların azad edilməsi üçün göndərilmiş bütün müraciətələrə imza atıb.

Simin Behbahani Tehranda "birtərəfli qanunları dəyişək" kampaniyasının posteri qarşısında. 27 avqust 2007
Bundan başqa müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini dəsəkləyib, müxalifətin “Yaşıl hərəkatını” müdafiə edən şeirlər yazıb və seçkilərin saxtalaşdıldığını bəyan edib.

O, Iranda qadın hüquqları uğrunda mübarizə aparan və seçkilərdən sonra ölkədən qaçmağa məcbur olan Nobel mükafatlı hüquq müdafiəçisi Şirin İbadiyə yaxın şəxs sayılır.

Keçən həftə isə İran hüquq-mühafizə orqanları tanınmış rejissor Cəfər Pənahi və onun ailə üzvlərini həbs etmişdilər.

Pənahi də müxalifətə yaxın şəxs sayılır.
XS
SM
MD
LG