Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:38

«Naxçıvan»ın bəxti yenidən açılıb


Almaniya şirkəti «Naxçıvan» yatağı ilə maraqlanan ilk xarici şirkət deyil
Almaniya şirkəti «Naxçıvan» yatağı ilə maraqlanan ilk xarici şirkət deyil
Martın 10-da «Nabucco» qaz kəməri layihəsinin iştirakçılarından biri - Almaniyanın RWE şirkətilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında Xəzərdə yerləşən «Naxçıvan» qaz yatağının birgə istismarı ilə bağlı memorandum imzalanıb.

Sənədin imzalanması ərəfəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, memorandum bir il ərzində Almaniya şirkətinə «Naxçıvan» dəniz strukturunun işlənməsi layihəsi çərçivəsində iş aparmaq şəraiti yaradacaq. Onun sözlərinə görə, bir il ərzində müqavilə imzalanması üçün iş aparılacaq. Müqavilə imzalanandan sonra qaz yatağında kəşfiyyat işləri aparılacaq.

Almaniya şirkəti «Naxçıvan» yatağına maraq göstərən və bu yatağın işlənməsi niyətini Dövlət Neft Şirkətilə bölüşən ilk xarici şirkət deyil.

Hələ 1997-ci ildə Dövlət Neft Şirkətilə Amerikanın «Exxon Mobil» şirkəti arasında da bu yatağın işlənməsilə bağlı müqavilə imzalanıb. Amma 2001-2002-ci illərdə 150 milyon dollara başa gələn ilk kəşfiyyat quyusunu qazan «Exxon Mobil» layihədən imtina edib. Səbəb yatağın karbohidrogen ehtiyatlarının kommersiya baxımından az cəlbedici olması və kifayət qədər ehtiyatın olmaması ilə əlaqələndirilib.

DÖVLƏT NEFT ŞİRKƏTİ MƏNFİ NƏTİCƏLƏRİN RİSKİNİ BÖLÜŞMÜR

Şirkətin Sərmayələr İdarəsinin rəis maüvini İlqar Tağıyev deyir ki, vaxtilə bir xarici şirkət ehtiyatların kommersiya baxımından sərfəli olmadlığını əsas gətirib layihədən uzaqlaşsa da, alman şirkəti yenidən həmin yataqlara maraq göstərməyə başlayıb və uzun danışıqlardan sonra Dövlət Neft Şirkəti buna razı olub. Bir il ərzində tərəflər pay bölgüsü və digər məsələləri razılaşdırandan sonra müqavilə imzalanacaq və xarici şirkət kəşfiyyat quyusunu qazmağa başlayacaq.

Şirkətlər arasında hansı şərtlər müzakirə olunacağı açıqlanmır.
«Nabucco» layihəsi
Amma şirkət rəsmisi deyir ki, Dövlət Neft Şirkətinin dəyişməz mövqeyi odur ki, kəşfiyyat quyusunun qazılmasına qədər Dövlət Neft Şirkəti heç bir riski öz üzərinə götürmür. Bundan başqa, çəkilən xərclərin də dövlət şirkətinə aidiyyatı yoxdur.

- Həmişə xarici investorlar kəşfiyyat işlərilə bağlı xərcləri öz üzərlərinə götürürlər. Əgər hansısa bir ehtiyat aşkar olunarsa onda Dövlət Neft Şirkəti ora qoşulur və kəşfiyyat zamanı payına düşən xərcləri ödəyir və pay bölgüsü ilə bağlı danışıqları aparır.

Bu baxımdan da İlqar Tağıyev deyir ki, əgər alman şirkəti də həmin yataqda qaz ehtiyyatları aşkar etməsə, Dövlət Neft Şirkəti sərf edilən xərclərə görə, hər hansı risk daşımır.

Amma Dövlət Neft Şirkətinin mütəxəssisləri hesab edirlər ki, əvvəllər «Naxçıvan» qaz yatağında kommersiya baxımından cəlbedici ehtiyat aşkarlanmasa da, yataqda aparılan qazma işləri ehtiyyat barədə məlumat əldə etmək üçün yaxşı nəticə üzə çıxarıb. Dövlət Neft Şirkətinin ilkin qiymətləndirməsinə görə, sözügedən yataqda 300 milyard kubmetr qaz və 40 milyon ton qaz kondensatı olduğu proqnozlaşdırılır.

Amma İlqar Tağıyev deyir ki, o bu proqnozlarla bağlı məlumatları nə təkzib, nə də təsdiq edir.

BURDA SÖHBƏT YAXŞI QAZANMAQ ÜÇÜN RİSKDƏN GEDİR

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, o vaxt neftin qiyməti 20 dollardan bir qədər artıq idisə, i
İlham Şaban
ndi qiymətlərin 70-80 dollar ətrafında olması şirkətlərin yenidən belə yataqlara maraq göstərməsinə səsəb olur. İlham Şaban deyir ki, 2009-cu ildə də buna oxşar bir hal baş verib. Fransanın «Total» şirkəti «Abşeron» yatağı ilə bağlı ikinci dəfə müqavilə imzalayıb. Mərkəz rəhbərinə görə, bu, qiymətlərin bahalaşması fonunda şirkətlərin daha çox qazanmaq istəyindən irəli gəlir.

- Burda söhbət yaxşı qazanmaq üçün riskdən gedir. Və neft sənayesində yazılmamış bir qanun var ki, əgər 6 quyudan biri məhsul verirsə, bu artıq bütün riskləri üstələyir.

Proqnozlaşdırılan ehtiyata gəldikdə, İlham Şaban deyir ki, əlbəttə geoloji kəşfiyyat məlumatlarına görə, həmin yataqda hansısa ehtiyat var:

- Təyin edilib ki, nə isə var, amma hələ bilinmir ki, ordakı sudur, qazdır, yoxsa neftdir, amma nə isə var.

İlham Şaban da deyir ki, ola bilər ki, Almaniya şirkəti də nə vaxtsa «Exxon Mobil» kimi layihədən imtina etsin.

Almaniyanın RWE energetika konserni «Nabucco» qaz kəməri layihəsinin altı səhmdarından biridir.
XS
SM
MD
LG