Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Nə Yerevanı, nə də Bakını razı sala bilən xarici siyasət


Köşə yazarları Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri barədə

Ferai Tınç («Hürriyet»)


Türkiyə ilə Azərbaycan arasında Heydər Əliyev-Süleyman Dəmirəl dövrünün yaxınlığı artıq yoxdur. O münasibət Süleyman Dəmirəlin Azərbaycan müxalifəti ilə də yaxın əlaqə yaratmasına baxmayaraq, sarsılmadan davam edə bilmişdi.

İqtidar partiyasının xarici siyasətdəki dərin uzaqgörənliyində nə Qafqaz, nə də Orta Asiya respublikaları öz köhnə yerlərini qoruya bildilər. Ermənistan ilə imzalanan protokol prosesində Türkiyənin mənafeyinə zidd olan burnunun ucundan uzağı görə bilməməyi açıq-aşkar ortaya qoydu.

Türkiyə düzgün addımlar atmadığına görə, Qafqazdakı rolunu qiymətdən saldı. Protokolları imzalasa, Qarabağ məsələsində Ermənistana tam dəstək verən bir vəziyyətə gələcək, imzalamasa, Azərbaycanın sərtləşməsini asanlaşdıracaq vəziyyətə gəldi. Bu bir tərəfə dursun, Bakı ilə münasibətlərdə enerjidən bir kart kimi istifadə edilməsi prosesi sürətləndirdi. Bu da son illərdə Azərbaycanla daima qiymət mübahisəsi yaşanmasına, Rusiyanın bu müzakirələrdə təsirli olmasına səbəb oldu.

Suriya ilə münasibətlər mühüm idi, mütləq düzəldilməli idi; ancaq Azərbaycan ilə münasibətlərin qorunub inkişaf etdirilməsi də eyni dərəcədə önəmli idi.

Türkiyə Ermənistana olduğu kimi, Azərbaycana da hər ikisi ilə münasibətlərin həyati əhəmiyyətli olduğunu izah etmək məcburiyyətində idi.
Çünki Türkiyə həm Azərbaycan, həm də Ermənistanda qohumları olan insanların vətənidir.

Türk xarici siyasəti bu uzaqgörənliyi əldən qaçıranda, diaspora layihələrinin dalınca sürüklənməkdən xilas ola bilməz.

Bu siyasətlə nə Azərbaycanı, nə də Ermənistanı razı sala bilər.
XS
SM
MD
LG