Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:45

Metrodakı terrorda yaralananlar arasında bir azərbaycanlı var


Moskva metrosunda baş vermiş terror nəticəsində yaralanan şəxslər arasında bir azərbaycanlı da var. Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, bu, 27 yaşlı Əliyev Zəbi İsrafil oğludur.

Yaralı hazırda N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunda müalicə olunur.

Xəstəxanadan «APA»ya bildiriblər ki, yaralının vəziyyəti kafidir. Onun nə vaxt evə buraxılacağı və hansı xarakterli zədə alması barədə məlumat verilməyib.
XS
SM
MD
LG