Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:22

ATƏT siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirələrə başlayıb


ATƏT-in Bakı ofisi bu gündən siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirələrə başlayıb.

Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının iki il əvvəl verdiyi tövsiyələr əsasında keçirilir.

Bugünkü müzakirələrdə məqsəd seçki prosesinə inamı artırmaq və siyasi partiyalar arasında qarşılıqlı münasibəti təbliğ etməkdir. Gündəliyə seçki kompaniyasına dair məsələlər, o cümlədən «Sərbəst toplaşma azadlığı» haqda qanunun həyata keçirlməsi və seçki prosesinə qanunsuz müdaxilələr salınıb.

Müzakirələrə Azərbaycanın 16 siyasi partiyanın, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndələri dəvət olunub.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilgə Cankorel bildirib ki, seçki prosesini yaxşılaşdırmaq və demokratik seçkilərin keçirilməsi üçün Azərbaycan hökuməti, siyasi partiyalar və vətəndaş cəmiyyətinə yardım etməyə hazırdırlar.

ATƏT-in Bakı ofisi daha iki dəyirmi masa keçirərək, namizədlərin qeydiyyatı, şikayətlərə baxılması, seçkilərdə mətbuatın rolu kimi məsələləri müzakirə etməyi planlaşdırır.
XS
SM
MD
LG