Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:21

Bloqlarda nədən yazırlar?


HÖRMƏTLİ CƏNAB PREZİDENT...

Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçunun son postu prezidentə ünvanlanıb:

«Hörmətli cənab prezident, nəyə görə mən elə hiss edirəm ki, guya siz bizə – Azərbaycanın təhsilli, yaradıcı, istedadlı və ağıllı gənclərinə nifrət edirsiniz? Nəyə görə universitetin nüfuzu verdiyi təhsillə yox, imtahanların qiyməti ilə ölçülür? Nəyə görə hökumətimiz barədə hər dəfə düşünəndə ölkəmi müdafiə və hörmət etmək üçün səbəblər barədə düşünə bilmirəm?...

Niyə hökumətə və sizə təhlükə olduğumuzu düşünürsünüz? Bizimlə danışmağa və dinləməyə cəhd etmişsinizmi? Bu ölkənin vətəndaşı kimi mən Azərbaycanın daha yaxşı yer olmasını, insanlarının azad, müstəqil hərəkət edə bilməsini, sərt yazmasını və qorxusuz yaşamasını istəyirəm…».

QIRĞIZISTAN AZƏRBAYCANIN SABAHIDIR BELƏ GETSƏ...


İlqar Məmmədov son postlarından birində belə yazıb. Bloqçuya görə indi Amerika üçün Azərbaycandan etibarlı yer ola bilməz:

«Ərdoğan srağagün Yerevana, dünən isə Bakıya şəxsi nümayəndəsini göndərmişdi ki, Ermənistan-Türkiyə sınırları məsələsini özünün Sarkisyanla Vaşington görüşü öncəsi yoluna qoya bilsin. Diplomatın soyadı Sınırlıoğlu idi.

Nə isə, düz bir il əvvəl, Qırğızıstan Amerika bazasını rusların 2 milyard dolları əvəzində qapatmaq qərarına gələndə burada bloqda yazmışdım.

İndi Manas qapadılacaqsa, deməli onu əvəz edən bir şey qurulmalıdır. Bunun üçün Azərbaycandan etibarlı yer tapa bilməz adam. Görəsən İlham Əliyev bu fürsəti Qarabağ məsələsində Ermənistanı Amerikada sıxmaq üçün istifadə edə biləcəkmi?».

İndi Manas qapadılacaqsa, deməli onu əvəz edən bir şey qurulmalıdır. Bunun üçün Azərbaycandan etibarlı yer tapa bilməz adam
Doktor Ravik
də Qırğızıstanda baş verənlərə qısaca münasibət bildirib. Bloqçu yazır ki, «Bakiyevi ona görə qovmadılar ki, onun rejimi qeyri-demokratik idi. Ona görə qovdular ki, kifayət qədər qeyri-demokratik deyildi».

İsa Qəmbər də bloqunda Qırğız inqilabından fotoları yerləşdirib.

SAXTAKARLIQ HƏR ŞEYDƏ VƏ HƏR YERDƏ


Vəfa Cəfərova deyir ki, cəmiyyətdə ittiham ab-havası var. Onun fikrincə, iqtidarda olanlar müxalifəti xaricə satılmaqda ittiham edir:

«Müxalifət öz sıralarındakı satqınları axtarır. Opportunistlər isə hamı dəlidir, axmaqdır - bir mən ağıllıyam şəraitdən maksimum istifadə edirəm prinsipi ilə yaşayırlar. Solçular, liberallar, millətçilər dərin depressiyadadırlar. Reallıq isə acı verir! Sabahımız bəs necə olacaq?».

Bakı küləyi bu günlərdə bloquna əl gəzdirib, bir müddət fasilə verdikdən sonra yenidən öz düşüncələrini bölüşməyə başlayıb:

«İnsanlar arasında təbii uçurum var. Fərqli görünür, düşünür, dəyərli həyat tərzləri fərqli. Hər kəs öz yarğanının qırağı ilə gedir. Bəziləri yuxarıda təklikdən qorxub, individuallıqlarının yüksəkliyindən sürüşürlər dibə. Orda artıq minlərlə belə individuallığından, dəyərlərindən, həyat tərzindən imtina etmiş insan var. Yüksəklikdən qorxmayanlar qala bilir orda ancaq. Uçurum yalnız yüksəkliklər arasında olur».

KAÇİNSKİ AZƏRBAYCAN ÜÇÜN ÇOX İŞ GÖRMÜŞDÜ...

Kənan Polşa səfirliyinə gedib, təyyarə qəzasında həlak olmuş prezident Lex Kaçinksinin xatirəsinə səfirlik qarşısına gül qoyduğunu yazır. Bloqçu yazır ki, «Polşa Azərbaycanın real müttəfiqidir, Kaçinski isə Avropaya inteqrasiyamız üçün doğurdan da çox iş görüb...».

Devrimsolun bloqunda hər zaman maraqlı şərh tapmaq olur. Bu dəfə bloqçu həbsdə olan jurnalist Eynulla Fətullayev barədə yazıb. Bir neçə gün əvvəl jurnalist barəsində 3-cü məhkəmə prosesi başlayıb:

Cənablar, bu narahatçılığın harası müvəqqətidir? Artıq 17 ildir ki, narahat edirsiz, bu qədər vaxta isə «müvəqqəti» demək olmaz
«Milləti təhqir edən» «terrorçu»nu indi də «narkotikdən istifadəyə» görə ittiham edirlər. Azərbaycanda ədliyyə vətəndaşın cinayətini yox, vətəndaş özünün cani olmadığını sübut etməlidir. Yəni təsdiqləməlidir ki, o «dəvə deyil». Ancaq hətta buna da imkan vermirlər».

Parketinq bloqunun sahibi belə bir sorğu keçirir: ADSL-inizdən razısınızmı?

Bloqçu yazır ki, «məqsədimiz istehlakçıların fikirləri əsasında obyektiv rəy formalaşdırmaq, real vəziyyəti təyin etməkdir...Son zamanlar provayderlərimizin keyfiyyətsiz xidmətləri haqqında bizə çoxlu şikayətlər daxil olur və İnternet sahəsində çalışan mütəxəssislər kimi bu hal bizi çox narahat edir».

17 İLDİR DAVAM EDƏN MÜVƏQQƏTİ NARAHATLIQ...

Natiq Cəfərli yazır ki, neftin qiyməti bir az artan kimi, Bakıda, lazımsız və lüzumsuz təmir – bərpa işlərinin sayı xeyli artıb: «Bu işlər görülən alanları hasara alırlar və bu hasarların üstündə «Müvəqqəti narahatlığa görə üzr istəyirik» sözləri yazırlar. Cənablar, bu narahatçılığın harası müvəqqətidir? Artıq 17 ildir ki, narahat edirsiz, bu qədər vaxta isə «müvəqqəti» demək olmaz».
XS
SM
MD
LG