Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:28

Seçki ilinin ilk aksiyası dağıdıldı


Müsavatın aksiyası, 14 aprel 2010
Müsavatın aksiyası, 14 aprel 2010
Aprelin 14-ü Müsavat partiyasının metronun «İçərişəhər» stansiyasından çıxan bir qrup fəalı Bakı şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz aksiyaya cəhd göstərdi.

Əllərində müxtəlif plakatlar tutan bu şəxslər «Azadlıq», «Müsavat» kimi şuarlar səsləndirirdilər. [AKSİYADAN FOTOLAR MƏTNİN SONUNDADIR]

Ancaq polis onların irəliləməsinə imkan vermədi və aksiyaya cəhdin qarşısını aldı. Həmin dəqiqələrdə 10-a yaxın fəal saxlanıb.
Bir neçə dəqiqə sonra daha bir qrup şəxs eyni şüarları səsləndirməklə aksiyanı davam etməyə cəhd göstərib. Bu dəfə də aksiya iştirakçıları saxlanaraq avtobuslara mindirilib. Bəzi fəalları avtobuslara mindirərkən vurub asfalt döşəmənin üstündə sürüməkdən belə çəkinməyib.

AKSİYADA MÜLKİ ŞƏXSLƏR FƏALLIQ GÖSTƏRİBLƏR

Aksiya iştirakçılarına qarşı belə sərtliyi xüsusilə də mülki paltarlı şəxslər həyata keçirirdilər. Onlar fəallıq göstərən aksiya iştirakçılarını yerlə sürüyüb avtobuslara mindirməklə kifayətlənmir, bu zaman çəkiliş aparan jurnalistlərə də mane olurdular. Hətta onlar bəzi jurnalistlərin əllərindən kameralarını almağa da cəhd göstərirdilər. Polis və mülki paltarlı bəzi şəxslərin aksiya iştirakçılarına qarşı sərt davranışlarına baxmayaraq onlar avtobusdaca «istefa» və başqa şuarlar səsləndirirdilər. Ancaq onlar daha çox kobudluqla üzləşirdilər.

Aksiyanın təşkilatçılarından Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı və bu partiyadan olan bəzi deputatların aksiya iştirakçılarına qoşulmalarına polis imkan vermədi. Təşkilatçıların bildirməsinə görə, bu aksiyada üst-üstə 47 şəxs saxlanıb.

Müsavatın icazəsiz aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid


Arif Hacılının verdiyi məlumata görə, saxlananların 27-si 22 saylı polis bölməsinə aparılıb. Orada onların 16-dan izahat alınaraq buraxılıblar. 11 nəfər isə hələ də polisdə saxlanır. Qalan 20 nəfər isə polis bölməsinə aparılmayıb. Arif Hacılı deyir ki, onlardan 10-nu avtobuslarla şəhərdə bir müddət gəzdirildikdən sonra sərbəst buraxılıblar. Səbail rayon polisi qalan 10 nəfərdən izahat alıb xəbərdarlıq etdikdən sonra sərbəst buraxıblar.

YAŞAR ƏLİYEV 5-6 ŞƏXSİN SAXLANDIĞINI DEYİR

Ancaq Bakı Baş Polis İdarəsinin rəis müavini, general Yaşar Əliyev hadisə yerində jurnalistlərə bildirib ki, saxlananlar cəmi 5-6 nəfərdir. Yaşar Əliyevin fikrincə, əgər Müsavat Partiyası bu aksiyanı Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırsaydı, heç polis onun qarşısını almayacaqdı. Bakı Baş Polis İdarəsinin rəis müavini aksiyanın yatırılmasında mülki paltarlıların xüsusi fəallıq göstərməsi və onların jurnalistlərə mane olmaları ilə bağlı verilən suala isə belə cavab verdi:

«Polislərin hamısı rəsmi formada olmalı deyil ki?! İndi gərginlikdi, belə hallar mümkündür».

Arif Hacılı
Təşkilatçılardan Arif Hacılının bildirməsinə görə, aksiyanın yatırılmasında mülki paltarlılardan istifadə etməklə polisin rəhbər şəxsləri zorakılığa görə məsuliyyəti üzərlərindən atmaq niyyəti güdürlər. Aksiyanı baş tutmuş sayan Arif Hacılı deyir ki, onlar bir daha subut etdilər ki, bu ölkədə vətəndaşların sərbəst toplaşmaq azadlığına məhəl qoyulmur:

MÜBARİZƏ DAVAM EDƏCƏK?

«Hesab edirəm ki, ölkədə demokratik azadlıqların təmin edilməsi istiqamətində mübarizəni davam etmək lazımdır».

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməklə bu qurumun onların kütləvi aksiyalarla bağlı müraciətini rədd etməsinə etiraz etmək niyyətində idi. Hələ ötən ayın 12-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək şəhərin mərkəzi meydanlarında kütləvi aksiyalar keçirmək istədiyini bildirmişdi. Müsavat Partiyası həm demokratik seçki, həm də korrupsiya əlehinə şuarları gündəliyə gətirmək niyyətində idi. Ancaq şəhər rəhbərliyi bu müraciətə müsbət cavab verməmişdi.

XS
SM
MD
LG