Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:39

Eynulla Fətullayevin işi ilə bağlı qərarın aprelin 22-də veriləcəyi gözlənilir


Eynulla Fətullayev
Eynulla Fətullayev
Eynulla Fətullayevin Avropa Məhkəməsinə müraciəti ilə bağlı aprelin 22-də qərar qəbul edilməsi gözlənilir. Bu haqda Hüquq Maarifçiliyi Cəmiyyətinin İnformasiya xidməti məlumat yayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi aprel ayının 20-də 20, 22-də isə 29 iş üzrə qərarını açıqlayacaq. Aprelin 22-də Azərbaycana qarşı 3 iş – Eynulla Fətullayev, Sərvinaz Gülməmmədova və Vəkil Həsənovun işi üzrə qərarın açıqlanması gözlənilir.

Ərizəçi Eynulla Fətullayevin çap olunmuş 2 məqaləsi – 1992-ci il Xocalı faciəsinə və BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaya Azərbaycanın dəstəyinin mümkün nəticələrinə həsr olunmuş məqalələrə görə cinayət təqibi ilə bağlıdır. Ümumilikdə 8 il 6 ay həbs cəzasına məhkum olmuş ərizəçi defamasiya, terrorçuluq və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salma cinayətlərinin törədilməsində günahlandırılıb.

Digər iki iş mülkiyyət hüququnun pozuntusu ilə bağlıdır. Belə ki, mənzilləri məcburi köçkünlər tərəfindən zəbt olunan ərizəçilər - Sərvinaz Gülməmmədova və Vəkil Həsənov onların mənzildən çıxarılması barədə ölkədaxili məhkəmə qərarlarının icra olunmamasından şikayət ediblər.
XS
SM
MD
LG