Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:39

«Tito onlara bənzəmirdi»


İosip Broz Tito
İosip Broz Tito
Norveçin Elm və Texnologiya Universitetinin siyasi elmlər üzrə professoru, Vətəndaş Müharibəsini Tədqiqatlar Mərkəzinin böyük tədqiqatçısı, Yuqoslaviya ilə bağlı onlarla kitabın müəllifi Sabrina Rahmenin AzadlıqRadiosuna Yuqoslaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İosip Broz Tito ilə bağlı müsahibəsi:

- İosip Broz Titonun ölümündən 30 il keçir. O hələ də xatirələrdə yaşayır. Onu həmin vaxt hakimiyyətdə olmuş sovet lideri Leonid Brejnev və Polşanın rəhbəri Voyçek Yaruzelski ilə necə müqayisə edərdiniz?

TİTO ONLARA BƏNZƏMİRDİ

- Tito qətiyyən onlara bənzəmirdi. Çünki siz indi Serbiyada, Xorvatiyada, yaxud Bosniya-Hersoqovinada, hətta, müəyyən mənada Sloveniyada da Titoya pərəstiş olduğunu görərsiniz. Onun adı hələ də görkəmli şəxslər arasında çəkilməkdə davam edir. Xalq arasında Titonun dövrünə nostalji hisslər qalır. Bir çox hallada bu kor-koranə nostalgiyadır. Ancaq əksər hallarda daha çox tənqidi nostalgiyadır. Xalq Tito dövrünün sərt məqamlarını xatırlayır. Bununla belə, ölkənin bütöv bir Yuqoslaviya olduğu, əhalinin sülh şəraitində yaşadığını da xatırlayırlar. Həmin dövrdə Yuqoslaviya onun indiki varis dövlətlərindən daha böyük və daha güclü idi. Bütün bunlar Titonu həmin dövrün simvoluna çevirib. Üstəlik, Tito xarizmatik şəxs idi. Nə Brejnevdə, nə də Yarujelskidə bu xarizmanı gömürük.

- Tito 30-cu illərdə Sovet İttifaqında olanda sovet məxfi polisinə işləyirdi. Bəs necə oldu ki, o Stalindən aralandı və başında olduğu dövlət müstəqillik siyasəti yürüdən sosialist ölkəsi təsiri bağışladı? Bu baxımdan öz yüksəlişində Tito Stalinə nə qədər minnətdar olmalıdır?


- Əlbəttə, bu çox mürəkkəb sualdır. Sözsüz ki, Tito Moskvada olarkən siyasətin üsulları haqqında çox şey öyrənmişdi.
Leonid Brejnev və İosip Broz Tito, 1 aprel 1973
Lakin konkret olaraq müharibədən sonra Yuqoslaviyanın yenidən təşəkkülünə gəlincə, müharibə dövründə ölkənin faşistlərdən azad olunmasında Qızıl Ordunun çox az rolu olub. Yalnız ölkənin şimal-şərq hissələrini azad elədi. Qalan böyük bir hissəni isə başda Tito olmaqla partizan hərəkatı azad edib. Həmin dövrdə faşistlər məğlub olduqlarından yavaş-yavaş geri çəkilirdilər və partizan hərəkatı uğurla ölkəni azad edə bilirdi.

STALİN TİTO İLƏ MÜHARİBƏYƏ HAZIRLAŞIRDI

- Bəs, Stalinlə münasibətlərin pozulmasına nə səbəb oldu? Belə deyirlər ki, Tito azı iki dəfə Sovet İttifaqı ilə müharibənin bir addımlığında olub.

- Əksinə Stalin Tito ilə müharibəyə hazırlaşırdı. Çünki Titonun qoşunları Stalinin qoşunlarından çox az idi. O müharibəyə başlamaqda maraqlı ola bilməzdi. Onların arasında münasibətlərin pisləşməsinin çoxlu səbəbləri olub. Ancaq ən əsas səbəbi o idi ki, Stalin Titonu oyuncağı kimi görmək istəyirdi. İstəyirdi ki, Tito onun əmrlərini sözsüz yerinə yetirsin. Tito isə özünü təsdiq etmək istəyirdi. Bununla belə, Tito Stalinin müttəfiqi olmaq istəyirdi. Ancaq oyuncağı olmaq istəmirdi. Bir dəfə belə olur ki, Stalin Titonu Moskvaya dəvət edir. Tito xəstə olduğunu bəhanə edib getmir, Kommunist Partiyasıının rəhbərliyini göndərir. Bu da Stalinə çox pis təsir edir. Həmin vaxt Macarıstan qoşunlarına rəhbərlik edən Bela Kirali sonradan xatirələrində Sovet blokunda olan dövlətlərin Yuqoslaviyaya qarşı hərbi müdaxilə planlarından yazır. Orada göstərir ki, Macarıstan, Rumıniya və Bolqarıstanın Yuqoslaviyaya üçtərəfli müdaxiləsi hazırlanırdı.
İosip Broz Tito və Nikita Xruşşov, 1 yanvar 1963
Lakin son anda Moskvanın göstərişi ilə bu plandan imtina olunur. SSRİ-nin Koreyaya müdaxiləsinə Amerikanın cavab verdiyini görüb Yuqoslaviyada da Amerikanın eyni reaksiyası ilə üzləşəcəyindən ehtiyat etdiyinə görə Stalin fikrindən daşınır.

QEYRİ-LEGİTİM ÖLKƏDƏ ÇOXLU NARAZILIQLAR OLUR

- Necə düşünürsünüz, çoxmillətli Yuqoslaviyada həll olunmamış etnik münaqişələr 1991-ci ildən sonra bu ölkənin demokratiyaya keçidinə - bu keçid Avropada ən qanlı və zorakı keçid oldu - səbəb oldu?

- Problemin kökü siyasi sistemin qeyri-legitim olmasında idi. O sistem bir partiyanın legitimliyinə əsaslanan sistem idi. Mediaya güclü nəzarət var idi. Baxmayaraq ki, bu nəzarət digər kommunist ölkələrindəki kimi deyildi. Amma yenə də cddi nəzarət var idi. Qeyri-legitim bir ölkədə çoxlu narazılıqlar da olur. Məhz bu qeyri-legitimlik gərginliyə səbəb oldu. Bunun da nəticəsində etnik münaqişələr alovlandı.
XS
SM
MD
LG