Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:30

«Salyanda su evlərin içinə, zirzəmilərə qədər qalxıb».


Salyan, may 2010
Salyan, may 2010
«Salyanda su evlərin içinə, zirzəmilərə qədər qalxıb».

AzadlıqRadiosunun Salyana ezam olunmuş müxbiri xəbər verir ki, əhalinin bir qismi görülən işlərdən razılıq etdiyi halda, digəri narazıdır. Onlar ehtiyatlanırlar ki, əvvəllər olduğu kimi kompensasiya ayrılsa da, onlara ödənilməsin.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov bildirib ki, «suyun qarşısını almaq üçün əllərindən gələni edirlər. Dövlət başçısı özü vəziyyəti nəzarətə götürüb və müvafiq təşkilatlara tapşırıqlar verilib».

Əhalinin narazılığına gəlincə icra başçısı insanların hər zaman nədənsə narazı qaldığını deyib

Salyan sakinləri AzadlıqRadiosuna bildirib ki, suyu nasoslarla çəkmələrinə baxmayaraq, xeyri yoxdur: «Çoxlarında belə bir təsəvvür var ki, Mingəçevirdə Su anbarına ucuz elektrik əldə etmək üçün normadan artıq su yığırlar. Ona görə indiki vaxtda Kürün suyu həyətləri basıb. Deyirlər ki, Kürün suyu duru su olmalıdır, bu gələn palçıqlı sulardır. Çünki ilin indiki vaxtı qar ərimir, yağış yağması belə bir vəziyyət yaratmamalı idi. Bu, Mingəçevirdə qeyri-qanuni hərəkətlərin nəticəsidir».

Rəsmilər sakinlərin bu iddiasının reallığı əks etdirmədiyini bildirir.

Bir neçə gündür Kürdə suyun səviyyəsi artmaqdadır. Sinoptiklər yaxın günlərdə də çayların sululuğunun artacağını proqnozlaşdırıb.
XS
SM
MD
LG