Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

Obama: «Bəziləri jurnalistləri istənilən yolla susdurmağa çalışırlar»


ABŞ prezidenti Barak Obama mayın 17-də dünyada mətbuat azadlığının müdafiəsinə dair qanun imzalayıb.

«Wall Street Journal» qəzetinin 2002-ci ildə öldürülən müxbiri Daniel Pearlin şərəfinə adlandırılan qanun ABŞ hökumətindən dünyada söz azadlığının pozulması hallarına diqqəti artırmağı tələb edir.

Obama deyib ki, Daniel Pearlin itkisi mətbuatın nə qədər vacib olduğunu xatırlatsa da, bəziləri jurnalistləri istənilən yolla susdurmağa çalışırlar.

ABŞ Dövlət Departamenti bundan sonra insan haqları barədə illik hesabata müxtəlif dövlətlərin KİV-nə münasibəti barədə məlumatı da daxil etməli və mətbuatı sıxışdırılan ölkələri müəyyənləşdirməlidir:

«Bütün dünyada çoxlu sayda cəsur jurnalist və bloqqer var. Onlar despotizm və əsarətə qarşı ön cəbhədədirlər və ölkələrinin əhalisinin üzləşdiyi tənqidi məsələlərə işıq gətirməyə çalışaraq özlərini böyük risk altında qoyurlar».

Obama deyib ki, yeni qanun ölkələrə mətbuat azadlığının vəziyyətinə xüsusi diqqət verildiyini göstərən «ciddi mesajdır».

Azərbaycanda bir jurnalist - Eynulla Fətullayev və iki bloqqer - Emin Milli və Adnan Hacızadə həbsdədir.
XS
SM
MD
LG