Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

Azərbaycanda «Yeni Jurnalistika Hərəkatı» yaranıb


Qənimət Zahid deyir belə bir təşkilat yaratmaqda niyyətləri ölkə jurnalistikasını təşkilatlandırmaqdır
Qənimət Zahid deyir belə bir təşkilat yaratmaqda niyyətləri ölkə jurnalistikasını təşkilatlandırmaqdır
Mayın 24-də Azərbaycanda jurnalistlərin hüquqlarını qoruyacaq daha bir təşkilat yaradıldı.

«Yeni Jurnalistika Hərəkatı» adlandırılan qurumun təsisçisi bu ilin martında həbsdən çıxan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahiddir. Dediyinə görə, bu ideyanı hələ həbsxanada olanda formalaşdırıbmış, sadəcə azadlığı çıxmasını gözləyirmiş.

Qənimət Zahid deyir belə bir təşkilat yaratmaqda niyyətləri ölkə jurnalistikasını təşkilatlandırmaqdır.

«Biz müzakirə etdik, belə qərara gəldik ki, Azərbaycanda hərəkat formasında bir qədər açıq tipli jurnalist təşkilatına ehtiyac var. Çünki bu prosesin ardı kəsilmir, mediaya yeni adamlar, yeni simalar və hətta yeni qruplar gəlir. Bu yeni insanları qarşılayacaq, onların dünya görüşünə, fəaliyyətinə cavab verəcək bir təşkilat halında onları qarşılamaq bizim borcumuzdur».

Təşkilatda sədrlik institutu yoxdur. Sadəcə bu qurumun işini «Azadlıq» qəzetinin müxbiri Ramin Deko əlaqələndirəcək.

Azərbaycanda mətbuatla bağlı 70-ə yaxın təşkilat var.
XS
SM
MD
LG