Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:47

İcra Hakimiyyəti «Azadlıq» blokunu razı salmayıb


«Azadlıq» blokunun sonuncu aksiyasından, 15 May 2010
«Azadlıq» blokunun sonuncu aksiyasından, 15 May 2010
Bakı Şəhər İcra Hakimiyyəti «Azadlıq» blokuna daxil olan siyasi partiyaların mitinqlə bağlı müraciətinə cavab verib. Amma qurum meriyanın təklifilə razılaşmayaraq icazəsiz aksiya keçirəcəyini açıqlayıb.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov AzadlıqRadiosuna açıqlamasında deyib ki, Bakı Şəhər İcra hakimiyyəti müraciətə cavab olaraq onlara Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsindəki meydança və ya Zığ yolu küçəsindəki meydançada mitinq keçirməyi məsləhət görüb:

«Azadlıq bloku isə icra hakimiyyətinə müraciətdə «Nərimanov» kinoteatrının qarşısında, Cəfər Cabbarlı heykəlinin ətrafında, Hüseyn Cavid, Səməd Vurğun, Sahil bağlarında, Prezident Administrasiyasından 200 metr aralıda yerləşən Azneft meydanında, Nazirlər Kabinetindən 200 metr aralıda olan «Teleteatr»ın qarşısında və Milli Məclisdən 200 metr aralıda mitinq keçirilməsi üçün şərait yaradılmasını istəyib».

«Azadlıq» blokuna daxil olan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları sonuncu dəfə icazəsiz etiraz aksiyasını mayın 15-də Nərimanov kinoteatrının qarşısında keçiriblər. Həmin vaxt saxlanılan 10 nəfərə 5-10 günlük həbs cəzası verilmişdi.

Budəfəki aksiyada partiyalar azad seçki, sərbəst toplaşma azadlığı ilə yanaşı sosial tələblərlə bağlı yeni şüarlar da səsləndirəcəklər.

Müsavat Partiyası da eyni tələblərlə iyunun 12-də aksiya keçirməyi planlaşdırır.
XS
SM
MD
LG