Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:26

ABŞ-ın müdafiə naziri Bakı səfərinin məqsədini belə izah edir


Robert Qeyts Əfqanıstanda
Robert Qeyts Əfqanıstanda

«Associated Press» yazır ki, ABŞ-ın müdafiə naziri çalışır ki, Azərbaycanın diqqətdən kənarda qalmış avtoritar liderinin könlünü alsın. Çünki bu keçmiş Sovet Respublikası Əfqanıstan müharibəsinə dəstək üçün əsgər və digər yardımlarla təchiz etmək üçün əsas ərazidir

Anne Gearan, «Associated Press»

ABŞ-ın müdafiə naziri Robert Qeyts çalışır ki, Azərbaycanın diqqətdən kənarda qalmış avtoritar liderinin könlünü alsın. Çünki bu keçmiş Sovet Respublikası Əfqanıstan müharibəsinə dəstək üçün əsgər və digər yardımlarla təchiz etmək üçün əsas ərazidir.

2001-ci ildən, Amerika müharibəsi başlayandan bəri Azərbaycanın üzərindən on minlərlə hərbi uçuş həyata keçirilib. Təkcə keçən il 100 min ABŞ və onun müttəfiqlərinin əsgəri Azərbaycandan keçib Əfqanıstana gedib. Bundan başqa Azərbaycan həm də Pakistandan keçən təchizatçı quru yolunun əsas hissəsidir.

Robert Qeyts Azərbaycana Sinqapurdan gəlib. Sinqapurda olarkən jurnalistlərə deyib ki, əraziyə gəlmək və onların –Azərbaycan hakimiyyətinin çox mühüm rola malik olduqlarını xatırlatmağa ehtiyac var.

Qeyts Bakıda bir gecə qalacaq, bu, onun 2005-ci ildən bəri Azərbaycana ilk rəsmi səfəridir.

QEYTS OBAMANIN MƏKTUBUNU GƏTİRİB

ABŞ –ın müdafiə naziri prezident İlham Əliyevə amerikali həmkarı Barak Obamanın məktubunu gətirib. Qeyts müsahibəsində deyib ki, Amerika tərəfdən Azərbaycana daha yüksək səviyyəli səfərlər gözlənilir.

İlham Əliyev bir müddət əvvəl şikayətlənmişdi ki, Azərbaycan və Ermənistan arasında etnik konfliktin həll olunmasında ABŞ rəsmiləri kifayət qədər iş görmürlər. ABŞ Əliyevin insan haqları, söz azadlığı və seçki siyasətini yumşaq şəkildə qınamışdı. Belə qınaq Əliyevin qəzəbinə səbəb olub.

2008-ci ildə keçirilən referendum İlham Əliyevin yenidən prezident seçilməsinə yol açır. Beynəlxalq təşkilatlar həmin referendumu qüsurlu yazırlar. İndi Azərbaycan respublikadan daha çox monarxiya kimi idarə olunur.

ABŞ BU MARAQLARDAN ÇIXIŞ EDƏRƏK DEMOKRATIYANI ARXA PLANA ATMIR

Səkkiz il davam edən müharibə və Əfqanıstanda su sərhədinin olmaması ABŞ- və NATO qüvvələrini məcbur etdi ki, əməkdaşlığı xoş olmayan liderlərlə dürüst olmayan işlərə girsin.

Belə dilemmalardan biri də Qırğızıstanla yaşanır: Müharibənin əsas hava bazası bu ölkənin ərazisindədir.

Amma Qeyts deyir ki, ABŞ bu maraqlardan çıxış edərək demokratiyanı arxa plana atmır: «Əgər siz bu ölkənin liderlərindən soruşsanız, onlar deyərdilər ki, biz demokratiya məsələlərini rədd etməmişik».

Əliyevlər Vaşinqtona etiraz olaraq ABŞ-la birgə hərbi təlimdən imtina etdilər, Amerikadan tələb etdilər ki, Azərbaycan tərəfinə kommersiya uçuşları üçün kifayət qədər vəsait ödənilsin. Bir ABŞ rəsmisinin dediyinə görə, bu, təqribən 2 milyon dollar təşkil edir. Amma adının çəkilməsini istəməyən rəsmi deyib ki, ödəmə hələlik tam həyata keçirilməyib.
XS
SM
MD
LG