Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:58

Eynulla Fətullayev aclıq aksiyasını niyə dayandırdığını açıqlayıb


Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb. O deyib ki, aclıq aksiyasına başlayandan bir gün sonra Ədliyyə Nazirliyinin ən yüksək rütbəli məmurları istintaq təcridxanasında onunla görüşüb aksiyanı dayandırmasını istəyiblər.

Bu məlumatı jurnalist iyunun 9-da davam edən məhkəmə prosesində bildirib.

Jurnalistin iddiasına görə, həmin şəxslər ona bildiriblər ki, prezident Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azadlığa buraxılması barədə qərarından xəbərdardır.

Eynulla Fətullayev deyib ki, həmin şəxslər qərarın yerinə yetirilmə müddətinin başa çatmasına hələ bir ay vaxt qaldığını bildiriblər və ona azadlığa çıxması ilə bağlı yaxın vaxtlarda tədbir görüləcəyini söyləyiblər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Eynulla Fətullayevlə belə bir görüşün olmasını təkzib edir.

Eynulla Fətullayev Avropa İnsan Haqları Məhkəməsinin onun azadlığa buraxılmasıyla bağlı prezident İlham Əliyevə çatdırılması və azadlığa buraxılmamasının səbəbinin dəqiq bildirilməsi tələbilə iyunun 2-dən 5-nə qədər aclıq aksiyası keçirib.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru 3 il əvvəl vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamları ilə 8 il yarım həbs cəzası alıb.

Avropa Məhkəməsinin çıxardığı qərara görə jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamı ilə məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG