Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:41

Azadlıq Bloku mitinq üçün müraciət edib


Azadlıq bloku iyunun 19-na təyin etdikləri aksiyaya yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, müraciətdə şəhərin mərkəzi meydanlarında yer ayrılması istənilib.

«Biz Bakı şəhər İcra Hakimiyyətinin cavabını gözləyirik. Ancaq onların aksiyanın keçirilməsi üçün normal yerin ayrılmasına inamımız yoxdur. Çünki mümkün qədər çalışırlar ki, şəhərin münasib yerlərində kütləvi aksiya keçirilməsinin qarşısını alsınlar. Əgər bu dəfə də Bakı şəhər İcra Hakimiyyəti mənfi cavab verəcəksə, AXCP və onun müttəfiqləri növbəti dəfə sərbəst toplaşma azadlığı haqda qanunun verdiyi hüquqlardan istifadə edərək aksiyanı keçirəcək. Bu zaman yaranacaq zorakılıq, baş verəcək insidentlə bağlı məsuliyyət hakimiyyətin üzərinə düşəcək».

Fuad Qəhrəmanlı deyir ki, aksiya sərbəst toplaşma azadlığının təmin olunması, ədalətli parlament seçkilərinin keçirilməsi, siyasi məhbusların azad olunması tələbi ilə keçiriləcək.

İyunun 12-də Müsavat partiyası və «Demokratiya Uğrunda İttifaq» siyasi bloku Hüseyn Cavid parkı yaxınlığında aksiya keçirməyə cəhd edib. Müxalifətin məlumatına görə, 40 nəfərə yaxın aksiya iştirakçısı saxlanıb. DİN-in mətbuat xidməti icazəsiz aksiyanın keçirilməsi ilə bağlı 25-ə yaxın adamın saxlandığını bildirib.
XS
SM
MD
LG