Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:05

Futbolun Cənubi Afrika üçün bir başqa mənası da var


Afrikalı uşaqlar futbol oynayırlar, 11 iyun 2010
Afrikalı uşaqlar futbol oynayırlar, 11 iyun 2010
Afrika deyəndə, ilk ağla gələn müharibə və aclıqdır. Çünki çoxları bu gün də Afrikanı müharibələrin və aclığın hökm sürdüyü yer kimi qəbul edir. Əsrlərlə Avropanın müstəmləkəsi olan Afrika dövlətləri isə 2010 Dünya Çempionatı ilə dünyaya başqa bir Afrikanın olduğunu göstərmək istəyirlər.

Afrikalıların irqçiliyə qarşı əsrlər boyu apardıqları mübarizədə futboldan avropalı işğalçılara qarşı bir rəmz kimi istifadə ediblər.

Futbol bütün Afrikada geniş yayılmış idman növüdür. Ancaq irqi ayı-seçkilik dövründə siyasi cəhətdən güclənmiş Cənubi Afrika üçün futbolun başqa bir əhəmiyyəti var.

HƏBSXANADA FUTBOL

Nelson Mandela və irqçiliyə qarşı çıxanlar 1960-cı ildə Robben Adası həbsxanasına salınırdılar. Onlar həbsdə futbol oynamaq hüquqları uğrunda mübarizəyə başlamışdılar. İstəklərinə çatandan sonra həbsxana ərazisində futbol oynamaq üçün iki stadion salındı. Həbs olunanlar FIFA qaydalarına uyğun 24 komandadan ibarət liqa yaratdılar.

Həbsdə olan futbolçulara görə, futbol bir idman növü olmaqdan daha artıq məna daşıyırdı. Oyunçuların qabiliyyəti qara irqi alçaldan aparteid rejiminə bu düşüncənin nə qədər səhv olduğunu göstərdi.
Nobel Mükafatı laureatı Nelson Mandela Dünya Kubokunu başı üzərinə qalıdırır, 14 may 2004
Futbolun üsyankar bir idman növü olduğunu başa düşmək üçün onun sadəliyini görmək kifayətdir. Lazım olan şey top və boş sahədir.

FUTBOL BİR RƏMZDİR

İlk matçın keçirildiyi stadion həm də Güney Afrika üsyançılarının rəmzidir. Soveto qəsəbəsində inşa edilən stadion irqi ayrı-seçkiliyə qarşı mübarizənin aparıldığı yerlərdən biridir. Qəsəbənin tarixi futbol və üsyanlarla yaxından bağlıdır. Soveto 19-cu əsrdə ağlara qarşı ilk qara futbol komandalarının yarandığı yerlərdən biridir. 1976-cı ildə burda geniş etiraz aksiyaları baş vermişdi.

Cənubi Afrikadan xaricdə yaşayan afrikalılar da qitələrində keçirilən çempionata görə fəxr edirlər. Bu çempionat sayəsində onlar qitələrini müharibə və aclığın hökm sürmədiyi bir yer kimi göstərmək istəyirlər.

Futbolun Cənubi Afrikada populyar olmasının ən böyük səbəblərindən biri də iki super ulduzun – Milanın «İnter» klubunda oynayan kamerunlu Samuel Eto'o və «Çelsi»də oynayan Fil Dişi Sahilindən olan Didye Droqbanın Afrikada doğulmasıdır.
XS
SM
MD
LG