Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:34

Fransa yığmasının qalmaqalları onlara baha oturdu


Domenek oyunçularının məşqə çıxmamaq qərarını «axmaqlıq» adlandırıb
Domenek oyunçularının məşqə çıxmamaq qərarını «axmaqlıq» adlandırıb
Fransa-CAR görüşündən əvvəl fransızların növbəti mərhələyə çıxacağına inanalar elə də çox deyildi. Çünki digər oyunda Uruqvay və Meksika heç-heçə oynasalar, Fransa istənilən halda qrupda qalırdı.

Meksika və Uruqvaydan biri qalib gəlsəydi, Fransanın 2-ci tura keçməsi üçün ev sahibi Cənubi Afrikanı böyük hesabla yenməsi tələb olunurdu.

Bəlkə də başqa vaxtı Fransanın CAR-ı böyük hesabla yenəcəyinə inananlar çox olardı. Amma bu dəfə yox. Çünki, Fransa bu çempionatda hələ ki, bir qol da vura bilməyib. Qazandığı bir xalı da qolsuz heç-heçəylə əldə edib.

Amma qol vura bilməyən fransızlar başqa şeylə diqqətləri üzərilərinə çəkib. Komandanın ikinci oyunda Meksikaya uduzmasından sonra məşqdəki dava-dalaşla.

OYUNÇU İLƏ MƏŞQÇİ ƏLBƏYAXA OLUB

Agentliklər Fransa yığmasının hücumçusu Nikola Anelkanın baş məşqçi Raymon Domeneki təhqir etdiyini yazır. Fransa Futbol Federasiyası da bu üzdən iyunun 19-da Anelkanı heyətdən çıxarmaq qərarı verdi.

Amma Anelkanın göndərilməsindən bir gün sonra, bazar günü Fransa yığmasının məşqi yenə qarışdı. Kapitan Patris Evra mətbuat konfransı aralarında məşqdə baş verənləri mediaya sızdıran xainlərin olduğunu demişdi. Və bazar günü Evra məşqdə fiziki hazırlıq üzrə yardımçı məşqçi Robert Duvernlə əlbəyaxa olub, məhz onu xainlikdə ittiham edib.



Bu mübahisə zamanı oyunçuyla yardımçı-məşqçini baş məşqçi Domenek ayırmalı olub. Amma bu hadisədən sonra Fransa yığması məşqə çıxmaqdan imtina edib.

Komandanın direktoru Jan Luis Valentin baş verənlər üzündən utandığını və istefa verdiyini bildirib, təcili Parisə qayıdıb.

Baş məşqçi Domenek jurnalistləri daha da təəccübləndirmişdi. Domenek oyunçularının məşqə çıxmamaq qərarını «axmaqlıq» adlandırıb, onların bəzilərinin Cənubi Afrikayla oyunda da olmaya biləcəyini bəyan etmişdi.

İşə yığmanın keçmiş ulduzu Zinəddin Zidan və Fransa prezidenti Nikola Sarkozi qarışandan sonra, yığmanın oyunçuları məşqlərə qayıdıb. Hətta sonuncu oyuna da çıxıb.

SPONSORLAR İMTİNA EDİRLƏR

Amma məşqə çıxmamaq qərarı oyunçulara baha oturub.

Fransanın ən iri bankı – «Crédit Agricole» komandanın düşərgəsində baş verənlərin yayımına sponsorluqdan imtina edib.

Fast-fud şirkəti «Quick» Nikola Anelkanı ictimai sözçü vəzifəsindən azad eləyib. «Gaz de France Suez» və «Carrefour» şirkətləri isə sponsorluq müqavilələrini müvəqqəti dayandırıblar. Hələ ki, sadəcə idman geyimləri şirkəti olan «Adidas» fransızların sponsoru kimi qalacağını təsdiqləyib.
XS
SM
MD
LG