Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:38

Ermənistanda atəşkəs pozuntusunu Azərbaycanın müharibə məşqi kimi qiymətləndirirlər


Ermənistan ordusu Moskvadakı paradda, 9 may 2010
Ermənistan ordusu Moskvadakı paradda, 9 may 2010
TER-PETROSYAN MÜHARİBƏ QORXUSUNUN ARTDIĞINI DEYİR

Ermənistanda media və siyasi təşkilatlar fəal şəkildə yeni müharibə ehtimalını müzakirə edirlər.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi yazılı bəyanatla çıxış edərək iyunun 18-19-da təmas xəttində atəşkəsin pozulmasını müharibə təhlükəsinin artması kimi qiymətləndirib. Təşkilatın sözçüsü həmçinin deyib ki,
təhlükə ciddiləşsə, erməni cəmiyyəti bütün fikir ayrılıqlarını bir tərəfə qoyub Qarabağın müdafiəsinə qalxmalıdır.

Həmin vaxt atəşkəsin pozulması nəticəsində Ermənistan dörd əsgərinin həlak olduğunu, dördünün də yaralandığını bildirir. Azərbaycan isə bir əsgərini itirdiyini bildirib.

ATƏŞKƏS POZUNTUSU AZƏRBAYCAN PREZİDENTİNİN QƏZƏBİNİN NƏTİCƏSİDİR?


Prezident Serj Sarkisyanın Respublikaçılar Partiyası da atəşkəsin pozulmasına görə Bakını ittiham edir. Hakim partiyanın sözçüsü Eduard Şarmazanov bu hadisəni prezidentlərin Sankt-Peterburqda keçirilmiş görüşü ilə əlaqələndirib.

Onun fikrincə, Azərbaycan prezidenti bu görüşdən narazı qalıb. «Bu, Azərbaycanın balaca sultanını qəzəbləndirə və bu addımın atılmasına səbəb ola bilərdi» – deyə Şarmazanov AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.
Prezidentlərin Sankt-Peterburq görüşü
O, əlavə edib ki, əgər təzədən müharibəyə başlasa, Azərbaycan daha çox torpaq itirəcək.

Müxalifətdə olan «İrs» Partiyası təzədən Yerevandan Qarabağdakı erməni rejimini müstəqil dövlət kimi tanımağı tələb edib. Bu partiyanın parlamentdəki fraksiyasının sədri Stepan Safaryan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, təmas xəttində baş verən son hadisə Azərbaycanın müharibə hazırlığının ilk işartılarıdır:

«Bunun əsas məqsədi birinci növbədə Ermənistanın və beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlamaqdır ki, Azərbaycan müharibəyə başlasa, hansı reaksiyanı gözləyə bilər».

Onun fikrincə, indi «Ermənistanın da müvafiq hərbi vasitələrlə cavab verməli olması, yoxsa, Azərbaycana əsas verməmək üçün başqa yollara əl atmalı olmasına dair suallar açıq qalır».

DAŞNAKLAR YENİLƏNMİŞ MADRİD SƏNƏDİNİ İFLAS OLMUŞ SAYIRLAR

Müxalifətdəki Erməni İnqilab Federasiyasının – «Daşnaksutyun»un lideri də iddialı danışıb. «Biz Azərbaycana başa salmalıyıq ki, əgər müharibə yolunu seçsə, 1988-1994-cü illərdə olduğu kimi yenə biz qalib gələcəyik» – deyən «Daşnaksutyun» lideri hesab edir ki, İlham Əliyev Sankt-Peterburq görüşündən narazı qaldığı üçün bu hücuma göstəriş verib. Onun fikrincə, Madrid prinsiplərinin yenilənmiş variantı Azərbaycanın mənafelərinin təmin edilməsi üçün hazırlanıb:

«İndi belə görünür, həmin sənəd də iflasa uğrayır və bu da Azərbaycanı əsəbiləşdirir».

ERMƏNİ QƏZETLƏRİNDƏ HƏDƏLƏR: BU DƏFƏ BAKINI TUTA BİLƏRİK

Ermənistan qəzetlərində də «yeni müharibə başlasa, bu dəfə Bakını tuta bilərik» kimi ritorika güclüdür.

Ermənistan ordusu Qarabağ cəbhəsində
«Hayots Aşxar» qəzeti yazır ki, baş verən atəşkəs pozuntusu ilə İlham Əliyev danışıqlar prosesinə bir şok effekti verir. Qəzetin fikrincə, bu, adi atəşkəs pozuntusu deyil, onun prezidentlərin son görüşünə aidiyyəti var.

Müxalifətin «Jamanak» qəzeti yazır ki, Ermənistan Azərbaycanın qeyri-adi bir taktikası ilə üzləşib, bunun cavabı da qeyri-adi olmalıdır. Bu addım da əsas diqqətin ölkənin daxilinə yönəldilməsi, qanunun aliliyinin və rəqabətin təmin edilməsi yolu ilə ölkənin təhlükəsizliyinin təmin edilməsi ola bilər.

Politoloq Sergey Şakaryans isə jurnalistlərə deyib ki, qısa müddətli hərbi toqquşmalar mümkündür, amma uzunmüddətli müharibənin başlanmasını ehtimalı çox azdır.

ATƏŞKƏS BİR GÜNDƏ 284 DƏFƏ POZULUB?

Ermənistanın Müdafiə Nazirliyi məlumat verib ki, iyunun 18-19-da baş vermiş toqquşmadan sonra da atəşkəsin pozulması davam edir. Nazirliyin iddiasına görə, təkcə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycan atəşkəsi 284 dəfə pozub.

Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu isə iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi təkcə son bir sutkada atəşkəsi 13 dəfə pozub. Eldar Sabiroğlu bildirib ki, son bir ayda atəşkəs 101 dəfə pozulub.

Eldar Sabiroğlu mətbuat konfransında iddia edib ki, iyunun 18-19-da baş vermiş atəşkəs pozuntusunu birbaşa Ermənistan prezidenti Serj Sarkisyan göstəriş verib. Onun fikrincə, Yerevan əvvəllər olduğu kimi, indi də sülh danışıqlarında dalana dirəndiyi üçün bu cür hərbi təxribata əl atır.
XS
SM
MD
LG