Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Kəndlilər nazirlə görüşdülər


Kənd sakinlərinin etiraz aksiyası

İyunun 24-də köçürülmə planına etiraz aksiyası keçirmiş Sabirabad rayonunun su basmış kəndlərinin nümayəndələri iyunun 25-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşüblər.

Görüşün iştirakçısı, Əsgərbəyli kənd sakini İlham Əmiraslanov «Turan»a bildirib ki, nazirin diqqətinə yerli əhalinin öz doğma yerlərini tərk etməmək istəyi çatdırılıb:

«Bizi kəndlərimizdən 30 kilometr aralıya - Zəngənə adlanan yeni qəsəbəyə köçürmək istəyirdilər. Kəmaləddin Heydərov bizi dinləyib qısa fasilə elan etdi. Baş nazir Artur Rəsizadə ilə danışıqlar aparandan sonra bildirdi ki, əhali öz doğma kəndlərinə qayıda bilər, dağılmış və ziyan çəkmiş evlər bərpa olunacaq, kompensasiyalar veriləcək».

İlham Əmiraslanov deyir ki, söhbət 1000 evi və 5 min əhalisi olan üç kənddən gedir. Evlərinin təxminən 2/3-si dağılmış bu kəndlərin sakinləri müvəqqəti olaraq Sabirabad şəhərindəki məktəblərdə yerləşdirilib.
XS
SM
MD
LG