Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:30

ABŞ, Rusiya və Fransa prezidentləri Qarabağla bağlı bəyanat yaydı


Rusiyanın "İnterfaks" agentliyi xəbər verir ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç dövlət bəyanatda Azərbaycan və Ermənistanı çağırıblar ki, konfliktin həlli üçün əsas prinsipləri razılaşdırmaq işini sürətləndirsinlər və bununla sülh sazişinin hazırlanması üçün zəmin yaransın.

ABŞ, Rusiya və Fransa prezidentləri Obama, Medvedev və Sarkozi bu bəyanatla Muskokada Böyük səkkizliyin sammiti zamanı çıxış ediblər.

Prezidentlər öz ölkələrinin rəsmilərini təlimatlandırıblar ki, Qazaxıstanda ATƏT ölkələrinin nazirlərinin qeyri-rəsmi forumu zamanı keçiriləcək Azərbaycan-Ermənistan görüşü ərəfəsində Bakı və Yerevana sülh danışıqlarında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmağa kömək etsinlər.

Medvedev, Obama və Sarkozi bir daha bəyan ediblər ki, münaqişə tərəflərinə baza prinsiplərini razılaşdırmağa kömək etməkdə qərarlıdırlar.

RİA Novosti xəbər verir ki, prezidentlər öz bəyanatlarında hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, DQ-ın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və DQ-ni Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.

ATƏT-in Minsk qrupunun təklif etdiyi və “Madrid prinsiplərinin yeni variantı” adlanan paketi Azərbaycan qəbul edib, Ermənistan isə təkliflərə hələ ki birmənalı reaksiya verməyib.

Axır günlər ərzində Azərbaycan və Ermənistan qüvvələrinin Qarabağdakı təmas xəttində baş verən toqquşmada 4 erməni, 2 Azərbaycan əsgəri ölüb.

Tərəflər insidentə görə biri-birini ittiham ediblər.

Bundan sonra Azərbaycan iri miqyslı hərbi təlimlər keçirib,

Ermənistan prezidenti Sarkisyan isə Dağlıq Qarabağda yeni hərbi hissənin açılışında iştirak edib.
XS
SM
MD
LG