Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:32

«Verilən vədlərə inanmırıq»


Kənd sakinlərinin etirazı

«Kəndimizə qayıtmağa ümidimiz olsa da, verilən vədlərə inanmırıq».

Sabirabad rayonunun Qasımbəyli kənd sakini Fətulla Fətullayev AzadlıqRadiosunun «İşdən sonra» proqramında belə deyib.

Kənd sakinlərinin etirazından sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov onlarla görüşüb.

F.Fətullayev deyib ki, nazirlə görüşdə ümumi söhbət olub:

«Kəmaləddin Heydərov dedi ki, körpü salacağıq, hamıya bərabər miqdarda kompensasiya verəcəyik».

F.Fətullayev deyib ki, onlar artıq belə vədlərə inanmırlar. Bu, sadəcə səs-küyü yatırmaq üçün atılan addımdır.

Kənd sakini sakinlərə veriləcək kompensasiyaların miqdarının da açıqlanmadığını bildirib.

Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri iyunun 29-da yenidən nazirlə görüşəcəklər.

«Kür» Vətəndaş Qərargahı Cəmiyyətinin əməkdaşı Nicat Dağlar da deyib ki, fəlakət zonasında ciddi problemlər qaldığından kompensasiyaların ödənilməsi vacibdir. Onun sözlərinə görə, cəmiyyət həmin işlərin həyata keçirilməsi ilə bağlı planlar hazırlayıb. Həmin planlar yaxın günlərdə açıqlanacaq.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG