Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:41

Meriya müxalifətə yenə şəhər mərkəzindən kənardakı meydanları göştərdi


Polis bundan əvvəlki aksiyaların qarşısını alıb
Polis bundan əvvəlki aksiyaların qarşısını alıb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) iyulun 3-də mitinq keçirmək müraciətinə cavab verib. Amma bu, aksiya keçirmək istəyən partiyaları qane edən cavab deyil.

Müsavat Partiyası başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu AzadlıqRadiosuna deyib ki, onların şəhərin mərkəzindəki yeddi meydanda aksiya keçirmək təklifini BŞİH qəbul etməyib. Meriya təşkilatçılara yenə də mərkəzdən uzaqdakı meydanları təklif edib.

Mehman Cavadoğlu deyir ki, BŞİH-in cavabından asılı olmayaraq aksiyanı şəhərin mərkəzindəki meydanlarda keçirməkdə israrlıdırlar.

Eyni günə mitinq planlaşdıran «Azadlıq» blokuna daxil olan siyasi partiyaların müraciətinə isə BŞİH hələ ki cavab verməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli bunu meriyay gec müraciət etmələrilə əlaqələndirir.

Belə ki, «Azadlıq» bloku əvvəlcə aksiyanı iyulun 10-na planlaşdırsa da sonradan iyulun 3-nə keçirib.

Blok aksiya ilə son qərarını iyulun 1-də ADP qərargahında keçiriləcək müzakirələrdən sonra verəcək.

Eyni günə mitinq təyin etsələr də, müxalifət partiyaları birgə aksiya keçirməklə bağlı razılığa gələ bilməyiblər.

İndiyə qədər «Azadlıq» bloku sərbəst toplaşmaq azadlığı, azad seçki tələbilə Bakının mərkəzində dörd, Müsavatla DUİ isə iki aksiya keirməyə cəhd edib. Hər dəfə də polis aksiyaların qarşısını alıb. Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları siyasi partiyaların gənclər təşkilatlarının ayrı-ayrı fəal üzvlərinə növbəti mitinqlərə getməməklə bağlı xəbərdarlıqlar edib.
XS
SM
MD
LG