Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:36

Bloqçular Klintonun səfərini necə şərh edib?


Hillari Klintonun səfəri bloqosferdə də canlanmaya səbəb olub. Yayın istisində bir müddətdir ki, klaviaturadan uzaqda qalan bloqçular, Dövlət katibinin səfəri barədə yazmağı özlərinə borc biliblər. Bu həftə bir çoxları öz gündəliyinə Klintonun səfərindən qeydlər yazıb, səfər hərədə bir iz qoyub…

Daha bir əlamətdar hadisə isə prezident İlham Əliyevin də «Twitter» sosial şəbəkəsinə qoşulması olub. Ətraflı bir az sonra...


Turxan Hillari Klintonun səfəri barədə yazır:

«Hillari Klinton Azərbaycana gəldi və getdi. Görüşlərinin birində Hillari Klinton bizimkilərə deyib ki, biz demokratiya yolunu 234 ilə keçmişik. Hələ də son məqsədə çatmamışıq. Yəni Hillari Klinton demək istəyib ki, narahat olmayın sizdə də demokratiya olacaq. Əgər Amerika 234 ilə bu yolu keçibsə, çox güman Azərbaycan bu yolu 1234 ilə keçəcək. Mən isə demokratiyada son məqsəd nə olduğunu isə ilk dəfədir eşitdim. Son məqsəd nə deməkdir?
Klinton Azərbaycanda bloggerlərin həbsinə münasibət də bildirib. Onların həbsindən narahat olduğunu, Barak Obamanın və özünün bloggerlərin həbsiylə bağlı çoxlu məktub aldığını açıqlayıb. İndi ehtimal var ki, yaxın aylarda bloggerlər azad ediləcək. Bloggerlərin azad edilməsiylə iş bitmir. Bloggerləri azad edəcək Azərbaycan hökuməti, Rusiyaya sadiq qaldığını sübut etmək üçün bir neçə jurnalistə, müxalifətçiyə təzyiq edəcək. Çox zaman belə olub. Qərbə tərəf bir addım atılanda, Rusiyaya tərəf beş addım atılıb».

***

Devrimsol
yazır ki, ABŞ Klintonun dili ilə anladır ki, Azәrbaycanda siyasi vә ideoloji mübarizәdә maraqlı deyil:

«Sәfәrin әsas dәrsi: Ümid bağlamayın vә bacarırsıza, tәkbaşına mübarizә aparın...

Klintonun müxalifәtlә görüşməməsi də yeni tendensiyadır: Әnәnә müxalifәtinә okeanın o tayında daһa ümid bәslәmirlәr. Etimad limiti tükәnib. Әvәzindә bir qrup iqtidaryönlü vә iqtidara loyal gənclə görüş isə ondan xәbәr verir ki, әnәnә müxalifәtinә qoyulmuş ümid transformasiya edәrәk ünvanını dәyişib. Yәni, Qәrb daһa siyasi partiyalar yox, «5-ci sütun»la әmәkdaşlığı seçib».

***

Civə
hesab edir ki, Azərbaycan gənclərinin Hillari Klintonun səfərindən gözləntiləri çox olub, amma... :

«Mən Facebook (red:sosial şəbəkəsində) dostlarımın şərhlərinə, yazdıqlarına baxıram, görürəm ki, məyus olublar. Çünki biz bu səfərdən daha çox şey gözləyirdik. Bəzilərimiz inanırdı ki, bu səfər vəziyyəti dəyişəcək və Klinton sərt bəyanatlar verəcək. Ancaq indi demokratiya və ABŞ-Amerika münasibətlərinin qayğısına qalanlar ümidlərini itirib və artıq öz gücləri hesabına vəziyyəti dəyişmək üçün ilə nə isə etməyi düşünürlər».

***

OrxanAip
Hillari Klintonun gənclərlə Muğan klubunda görüşünün «xüsusi məna» daşıdığını güman edir:

«H.Klinton qonaqlarını harada qəbul elədi. Məkana diqqətlə baxın – burnunuza muğam qoxusu gəlmir? Çox da uzağa getməyin, açar elə burda, gözünüzün önündədi. Muğam qoxulu məkan o deməkdir ki, biz əbədiyyətə «HƏ» deyirik, bu coğrafiyada heç bir dəyişiklikdən yana deyilik. Görüş Jazz Center`də olsaydı, bax bunun semiotikasında üsyan gizlənərdi. Muğam bu süstlüyün və daimiliyin rəmzidi».

***

İlham Əliyev də «Twitter»dədir, prezidentin bu şəbəkədə 117 dostu var


Weboxu
yazır ki, Azərbaycan Prezidentinin saytı - President.az yenilənib və web 2.0 standartlarına uyğun formaya gəlib. Ən maraqlı hal isə prezident saytının sosial media hesablarıdır:

«Həm Twitter, həm də YouTube kanalları var. Son vaxtlarda dövlət başçılarının sosial media, xüsusən də Twitter hesabları aktiv istifadə olunur. Bəzən qısa düşüncəlirini media qarşısına çıxıb deməkdənsə sosial mediadan çatdırırlar. Prezidentin sosial media hesabı aktiv istifadə olunsa, sosial medianın da sürətli inkişafı ola bilər. Hələki hesab təsdiqlənmiş hesab deyil. Yəqin ki, qısa müddətdir açıldığına görə. Bir neçə gün ərzində Azərbaycan Prezidentinin Twitter hesabı da təsdiqlənən dövlət və hökumət başçılarının hesabları siyahısına əlavə oluna bilər».

***

Vəfa Cəfərova
ötən il həbs olunan iki bloqçu – Emin Milli və Adnan Hacızadəni xatırlayır, onlara qarşı ittihamı, həbs qərarını «absurd» adlandırır:

«Hamı bilirdi ki, Emin və Adnan xuliqan, adam döyən deyildi. Onlar aramızda ən çox dialoqa açıq idilər. Maarifçiliyin bu xalqı xilas edəcəyinə inanırdılar. İndi də inanırlar. Bu optimizmi onların qəlbindən heç bir şey çıxarda bilmədi. Eminlə son görüşdə o yenə şəbəkələşmədən və maarifçilikdən danışırdı.
Onların heç bir metodu ilə razı olmasam belə onları müdafiə etmək vicdan məsələsidir. Bir il əvvəl həbs xəbərlərini eşidən kimi Avropa Şurasının qarşısında tək başına bir saata tez - bazar hazırlanmış plakata bənzər kağız parçası ilə aksiyaya çıxmışdım. bir il ərzində tədbirlər kompaniyalar apardıq. Amma yenə də bir ildir ki, elə gün yoxdur ki, Emin ve Adnanın azadlığa çıxması üçün daha nə edə bilərdim sualını özümə verməyim! bu sualın bu qeyri – sivil hakimiyyətimizin fonunda nə qədər mənasız olduğunu anlasam belə…»

***
Passat analoqu olmayan çətinliklərdən yazır:

«İqtisadi inkişafına görə dünyada analoqu olmayan, regionun lider dövlətində əl-üz yumağa, aftafaya doldurmağa su tapılmır. Lider dövlətdə qışda işıq, qaz, yayda isə su üzünə həsrət qalırıq. Oğuz-Qəbələdən Bakıya çəkilən su kəmərinin üstündə Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəməri işə düşüb, partapartla alver gedir. Qorxuram ki, bu gedişlə Nabucco layihəsi də işə düşsün. Hələ mən su kəmərinin neft kəmərindən baha başa gəldiyini, hər kilometrinə həndəsi silsilə ilə pul silinməsini demirəm».
XS
SM
MD
LG