Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:35

Hüseyn Cavidi - Cəfər Cabbarlı da "vururdu"...


Hüseyn Cavid
Hüseyn Cavid
1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib.

“Gənc işçi” qəzeti həmin qurultaydakı əsas çıxışların stenoqramını çap edib. Qurultayın 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib.


Cəfər Cabbarlı:

- Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından sonra, ədəbiyyatımızda böyük yeniliklər əmələ gəlmişdir.

Lakin Az. ŞİTQ bu qərarların həyata keçirilməsi üçün az iş görmüşdür.

Cavan yazıçılarımızın tərbiyəsi işində ikinci mühüm faktor mətbuatımız və nəşriyyatımızdır.

Mətbuatımızda düzgün olmayan tənqidlərin buraxılması gənc yazıçılarımızı yanlış və dolaşıq yola salır.

Təşkilat komitəsinin orqanı olan “Ədəbiyyat” qəzetəsinə az fikir verilir. Halbuki, “Ədəbiyyat” qəzetəsi gənc yazıçılarımızın bilavasitə rəhbəri olmalıdır.

Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Hüseyn Cavidə böylə bir sual verməyə haqlıdır:

“Siz Cavid yoldaş! 14 – 15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi?

Cavid yoldaşdan yeni əsərlər tələb edənlər, əlbəttə, haqlıdırlar. Cavidin verdiyi əsərlər, bu günün tələbini ödəyə bilməyir.

Cavidin “Peyğəmbər”ində qadına olan baxış tamamilə köhnədir. Hər bir işçi qadın, imdi bundan çok-çok iləri getmişdir.

Cavid yeni “Peyğəmbər”, yeni əsər yaratmalıdır.

Onun “Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır. Yaxud “Şeyx Sənan”ı alalım.

Cavid “Şeyx Sənan” ın yeni quruluşda oynanılmasına təəccüb edir. Əlbəttə o əski quruluşda oynanıla bilməzdi.

Ona görə oynanıla bilməzdi ki, ondakı ideya, Sənanın panislamizmi bu günə yaramır. Sənanın sözlərini bu gün Lök Batanda oxuyacaq olsanız, sizə gülərlər.

Bizim şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər.

Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bu günki böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam.”

1936-cı il martın 26-da Azərbaycan Yazıçılar Şurasının müşavirəsi keçirilir. “Kommunist” qəzeti Səməd Vurğunun Hüseyn Cavidi tənqid etməsindən yazıb.

“Müşavirəni açan Az. ŞYİ katibi, ordenli şair Səməd Vurğun yoldaş “Pravda” qəzetinin incəsənət sahəsində ifşa etdiyi formalizm və naturalizm elementlərinin Azərbaycan ədəbiyyatında da olduğunu və yazıçıları burjua məfkurəsinə doğru sürüdüyünü, beləliklə də əməkçi xalq kütləsindən uzaqlaşdırdığını, sosializm quruluşu cəbhəsində həqiqi sosialist realizmi əsəri yaratmağa mane olduğunu göstərmişdir.

Səməd Vurğun yoldaş Sabirin bir xalq şairi olaraq yüksəldiyindən bəhs etmiş, Hüseyn Cavidin geridə qaldığını, Azərbaycan xalqı həyat və məişətindən, tarixi inkişaf həqiqətindən yazmadığı ilə xarakterizə etmişdir.

Hüseyn Cavid yaradıcılığının Azərbaycan xalqı ilə bağlı olmadığını, bunun Cavidi formalizmə sürüklədiyini göstərmişdir.

- Mənim də yaradıcılığımda naturalizm təzahürləri olmuşdur. Məsələn, “Talıstan” əsərimi göstərə bilərəm.

Lakin mən bunların qarşısını almağa söz verirəm. Müşfiq və başqa yoldaşları da, tənqidçilərimizi də öz yaradıcılıqlarında, öz əsərlərində formalizm və naturalizmi ifşa və tənqid edərək daha sağlam yol seçməyə və həqiqi sosialist realizmi əsəri yaratmağa doğru çağırıram.

P.S. H.Cavid də repressiya illərində həbs edilmiş, Sibirə sürgün edilmiş və 1941-ci ilin sonunda orada vəfat etmişdi.

"Açıq arxivlər" rubrikasından digər yazılar
Sovet mətbuatı Rəsulzadəni belə təqdim edirdi
"Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın"
XS
SM
MD
LG