Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

AXCP-nin qurultayı təxirə salınıb


Əli Kərimli
Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yer problemini həll edə bilmədiyindən avqustun 21-nə nəzərdə tutduğu qurultayını təxirə salıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədri Əli Kərimli deyib:

«Biz məcburən təxirə salmışıq. Çünki yer məsələsi hələ dəqiqləşməyib. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) bizə məktubla cavab verib və göstərib ki, qurultayın keçirilməsi üçün müvafiq yerlərin ayrılmasına etiraz etmir. Amma zalların hər biri ilə özümüz danışıqlar aparmalı, özümüz razılıq əldə etməliyik. Hal-hazırda müxtəlif mədəniyyət evləri, uyğun zallarla danışıqlar aparılır, amma hələlik razılığa gəldiyimiz yoxdur».

Partiya sədri bildirib ki, qurultayın yeri ilə bağlı məsələ həll olunduqdan sonra tədbirin vaxtı açıqlanacaq.

Ə. Kərimli indiyədək Şəhriyar adına klub, Gənc Tamaşaçılar Teatrı ilə danışıqların uğursuz olduğunu bildirib. Partiya bir sıra kinoteatrlarla, Opera və Balet Teatrı ilə danışıqlar aparacaq.

AXCP iyulun 21-də Bakı meriyasına müraciət edərək növbəti qurultayını keçirmək üçün yer ayrılmasını xahiş edib. Meriya AXCP-yə göndərdiyi cavab məktubunda zalların BŞİH-in nəzdində olmadığı diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, hər hansı konfrans zalı, saray və ya mədəniyyət evinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra həmin yerdə AXCP-nin qurultay keçirməsinə BŞİH etiraz etmir.
XS
SM
MD
LG