Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:54

«Azərbaycan öhdəliklərə əməl etməlidir»


«ARTICLE 19» beynəlxalq ifadə azadlığını müdafiə təşkilatı Ali Məhkəmənin həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli barədə hökmün qüvvədə saxlanılması haqqında qərarını pisləyən bəyanatla çıxış edib.

«ARTICLE 19» hesab edir ki, Adnan Hacızadə və Emin Millinin həbsi əslində Azərbaycan hakimiyyətinin ünvanına səslənən tənqidlərin boğulması məqsədi daşıyır.

«ARTICLE 19» Azərbaycan hakimiyyətini bloqqerləri azad etməyə və tənqidi baxışlarına görə insanların həbsinə son qoymağa çağırır», deyə bəyanatda bildirilir.

«Emin Milli və Adnan Hacızadə yalnız fikirlərini azad ifadə etmək hüququndan istifadə etmək istədiklərinə görə həbs olunublar. Azərbaycan məhkəmələrinin qərarları isə Azərbaycanda müstəqil hüquqi sistemin olmadığını göstərir», - deyə təşkilatın rəhbəri Agnes Callamard bildirib.

«ARTICLE 19» Azərbaycan hakimiyyətini bloqqerləri, eyni zamanda öz baxışlarına görə həbs edilmiş jurnalist Eynulla Fətullayevlə «Yeni fikir» gənclər təşkilatının lideri Ruslan Bəşirlini azad etməyə çağırır.

«Hakimiyyət insanların siyasi səbəblərlə həbsinə son qoymalı və ifadə azadlığı üzrə beynəlxalq öhdəliklərinə riayət etməlidir», deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG