Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:40

İlham Əliyev: "Belə ifadələr bizim üçün təhqiramizdir"


Euronews” kanalı Azərbaycan prezidenti İlham Əliyevdən bir neçə ay qabaq aldığı müsahibəni yenidən yayınlayıb (müsahibədən bir parça).

- Azərbaycan müsəlman şərqində ilk demokratik respublika qurub – Sovetlər Birliyinin tərkibinə daxil edilməmişdən qabaq. İndi sizin öz ölkənizi post-sovet diktaturası kimi idarə etməyinizi söyləyənlərə nə deyərdiniz?

- Belə ifadələr bizim üçün təhqiramizdir. Bəzən biz çox qərəzli və ədalətsiz tənqidi hücumların obyektinə çevrilirik. Həm beynəlxalq mediada, həm də beynəlxalq hüquq müdafiə təşkilatları deyilən dairələrdə. Azərbaycanı anti-demokratik ölkə kimi qələmə verməyə yönələn belə cəhdlər tamamilə qəbuledilməzdir. Biz başa düşürük – Azərbaycanın əhəmiyyəti artır, dünyanın müxtəlif yerlərindən Azərbaycana təsir göstərmək cəhdləri artır.

- Bəs Azərbaycanda müxalifətə fəaliyyət meydanı verilməməsi, sizin opponentlərinizin susdurulması haqda deyilənlərə münasibətiniz necədir?

- Bu məsələdə qərarı xalq verməlidir. Əgər Azərbaycanda müxalifət zəifdirsə, bu bizim günahımız deyil. Mən sizə deyə bilərəm Azərbaycandakı müxalifət niyə indi faciəvi vəziyyətdədir. Azərbaycanda insanların yaşayışı getdikcə daha da yaxşılaşır. Avropanın maliyyə böhranında olduğu 2010-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Sənaye 8,6 faiz böyüyüb. İnflyasiya cəmi 1,5 faizdir. Valyuta ehtiyatlarımız 20,4 milyard dollardlr. Belə bir vəziyyətdə müxalifət ortaya nə qoya bilər? Yalnız tənqid etmək? Olsun. Onlar bunu hər gün edirlər, biz buna etiraz etmirik.

- Amma 2009-cu ildə referendum keçirildi, Konstitusiya dəyişdirildi və prezident seçilmək müddətinə qadağalar ləğv edildi. Siz prezident kürsüsündə qeyri-müəyyən müddətə əyləşmək istəyirsiz?

- Bu dəyişiklik şəxsi səbəblər üzündən edilməyib. Bu praktika bir çox ölkələrdə mövcuddur.

- Amma demokratik olmayan ölkələrdə...

- Baxır necə yanaşırsız. Əgər ölkənin kralı varsa, o, yalnız formal olaraq ölkənin rəhbəridirsə və baş nazir dəfələrlə öz vəzifəsinə seçilə bilirsə, onda onlarla bizlər arasında nə fərq var? Əgər Avropa ölkələrinə baxsanız bunu görə bilərsiz.

- Amma yəqin ki siz özünüzü kral saymırsız, elə deyilmi?

- Yox. Mən bu məsələdə özümü icra hakimiyyətinin rəhbəri kimi nəzərdə tuturam. Sizin ölkələrin misalında bu – baş nazirdi. O, dəfələrlə yenidən seçilə bilər. İnsanlar bu hüquqdan niyə məhrum edilməlidir? Əgər onların seçmək hüququ varsa, onlar kimi istəyirlər seçə bilərlər.

- Əgər...

- Azərbaycandakı demokratik proses çox aktivdir. Biz sizin ölkələrin daxili işlərinə qarışmırıq. Bəzi şeyləri biz qəbul etməyə, hətta gülünc saya bilərik. Amma biz heç vaxt o işlərə qarışmırıq.

- Məsələn?

- Biz heç vaxt o şeyləri demirik. Biz buna həssaslıqla yanşırıq. Ölkənin daxili işləri, onun tarixi, ənənələri, siyasi sistemi – bunlar çox incə məsələlərdir. İnsanların öz siyasi liderlərinə münasibəti – bu məsələdə qərar vermək səlahiyyəti ölkənin öz vətəndaşlarına verilməlidir. Əgər kimsə nəyəsə nail olmaq üçün bu faktordan istifadə edəcəksə, biz buna imkan verməyəcəyik.
XS
SM
MD
LG