Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:02

Ermənistanın müxalifət partiyası Rusiya ilə sazişdən narazıdır


Ermənistanda müxalifətdə olan Zharangutiun partiyasının üzvləri Rusiyayla imzalanmış yeni hərbi razılaşmanı şübhə altında qoyurlar.

Partiyanın sədr müavini Ruben Akopyan deyir ki, ötən həftə Rusiyayla imzalanmış yeni müqavilənin Qarabağın təhlükəsizliyinə nə vəd etdiyi aydın deyil.

Partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edən Ruben Akopyanla Stepan Səfəryan həmçinin Ermənistandakı Rusiya bazasının müddətinin 2044-cü ilədək uzadılmasını məqsədyönlü saymır, bunun Ermənistanın maraqlarına uyğun olmadığını deyirlər.

Ölkədə daha böyük və nüfuzlu müxalifət partiyası hesab olunan Ermənistan Milli Konqresi isə bəyan edib ki, Rusiya Ermənistanda hərbi iştirakını ona görə uzadıb ki, Kreml prezident Serj Sarkisyanın administrasiyasına uzunmüddətli və etibarlı tərəfdaş kimi baxmır, amma partiya ümumilikdə bu razılşamanı müsbət qarşılayır.

Rusiyanın Azərbaycana S-300 raket kompleksi satmaq planına gəldikdə isə hər iki partiya bildirib ki, əgər bu baş tutsa, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir.
XS
SM
MD
LG