Avqustun 26-da Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür.
Avqustun 25-də rəsmi dövlət qəzeti olan «Azərbaycan» Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bir neçə yazı dərc edib.
BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Zahid Cəfərov
İNSAN HÜQUQ VƏ AZADLIQLARININ ETİBARLI HAMİSİ
başlıqlı yazısını belə başlayır:
«Bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyilləri özünü nə qədər qabarıq göstərsə də, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünu qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq, humanizm müasir qloballaşma dövründə də insanlığın ən ali, ülvi, müqəddəs dəyərlərindən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi ideyalarını təşviq edən Heydər Əliyev Fondu da məhz bu mənəvi ideallara tapınmaqla ötən 6 ildə cəmiyyətin yüksək rəğbətini, etimadını qazanmışdır.
Fond ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasi kursunun dərindən öyrənilməsinə və həyata keçirilməsinə layiqli töhfələr verir. Ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən Fondun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara hərtərəfli köməyin göstərilməsidir».
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov isə
AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN CARÇISI başlıqlı məqaləsində qeyd edir:
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz «hücumçu diplomatiya»dır. Bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönündə yaxşı imkanlar qazanmışdır.
Ölkəyə rəhbərlik etdiyi son 7 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək: «Biz müdafiədə deyil, hücumda olmalıyıq!» - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır».
Azərbaycan qəzetində tarix elmləri üzrə fəlsəfə doktoru, 46 saylı məktəbin direktoru Sevinc Budaqovanın
MİLLİ-MƏNƏVİ YÜKSƏLİŞƏ XİDMƏT EDƏN MİSSİYA başlıqlı məqaləsi də dərc olunub. Məqalədə deyilir:
«Bu gün dünyada elə xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış şəxsiyyətləri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin yüksək idarəçilik keyfiyyətlərinə malik qurucu, yaradıcı şəxsiyyət olduğu tam təsdiqini tapır.
Ulu öndər xalqın ən çətin sınaqlarla üz-üzə qaldığı zamanlarda onun milli kimliyinin ən ali, müqəddəs rəmzinə çevrilmiş dövlətçiliyi hər cür qəsdlərdən qorumaqla, vətəndaş sülhünü, həmrəyliyi təmin etməklə, ictimai-siyasi sabitliyin, tərəqqi və inkişafın qarantına çevrilməklə bizlərə Azərbaycan adlı qüdrətli bir əsər bəxş etmiş, bununla da, çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmışdır. Bu mənada, ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir».
İRANLA SƏRHƏDDƏ KOMMUNİZM
«Yeni Müsavat» qəzetində Famil Cəfərlinin «Neft və azərbaycanlılar» silsiləsindən növbəti yazısı çıxıb.
«… qabaqdan qılınc kimi qıtlıq-bahalıq gəlir. Amma bu, Lənkəran-Astara zonası camaatının vecinə də deyil. Çünki onlar İranla sərhəddə, özləri demişkən, kommunizmdə yaşayır. Onlar deyir ki, İranda dəhşət bolluq və ucuzluqdur. Gülnənə arvad deyir ki, çığırtma-plov bişirmək istəyəndə heç zadın dərdini çəkmir. Nəvəsinə deyir, nənə qurban, sən soğanı soyub doğrayınca İrana dəyib gəlirəm. Sonra da pasportunu və 5 manat götürüb gedir Astara gömrüyünə, keçir o taya. O qırmızı 5-liyə düyü, yağ, çörək, toyuq, yumurta alıb qayıdır.
Gülnənə xala qoçaq arvaddır. Nəinki bahalıq-aclıqdan, heç o boyda Amerikadan da qorxmur. Deyir onlar məni BMT-nin sanksiya tətbiq etdiyi İranla ticarət etdiyimə görə izləyə, qara siyahıya sala bilməz. Axı mən İrana nüvə komponenti satmağa yox, nəvəmə çığırtma bişirmək üçün ucuz ayın-oyun almağa gedirəm.
Arvad çığırtma-plovunu yeyib soruşur: «Dədəli, İran da neft ölkəsidir, biz də. Bəs orda niyə kommunizmdir, bizdə yox?»
«Bizim yol» qəzeti isə Neftçilərin hüquqlarını müdafiə Komitəsinin ekspert qrupunun
KORRUPSİYANIN İZİNİ NECƏ İTİRİRDİLƏR? sərlövhəli araşdırmasını təqdim edir.
«İyulun 30-da SOCAR bildirib ki, Sosial İnkişaf İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 60 yerlik «Geofizik» və 54 yerlik «Nabran» istirahət düşərgələrində neftçilərin və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətləri yüksək səviyyədə təşkil olunmuşdur. Yay mövsümü başlanandan indiyə qədər hər 2 istirahət zonasında 1292 nəfər neftçi ailəsi dincəlmişdir. Mövsüm ərzində istirahət mərkəzlərində bu kateqoriyadan ümumilikdə 3 min nəfərin istirahəti planlaşdırılıb. ARDNŞ tərəfindən təsdiq edilmiş smetaya əsasən istirahət zonalarında 1 nəfərin 1 günlük istirahətinə çəkilən xərc 42 manatdır. Amma neftçilər istirahətin dəyərinin yalnız 15 faizini ödəyirlər. Qalan 85 faiz isə ARDNŞ tərəfindən maliyyələşdirilir».

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya Heydər Əliyev mükafatı təqdim edir