Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:31

Senator Brayzanın təyinatının Senata çıxarılmasının qarşısını alıb


Metyu Brayza
Metyu Brayza
ABŞ-dakı Erməni Milli Komitəsinin məlumatına görə Senator Barbara Bokser Metyu Brayzanın Azərbaycana səfir təyinatının Senatda səsverməyə çıxarılmasını dayandırıb.

Sentyabrın 21-də Senatın Xarici Əlaqələr Komitəsində Prezident Barak Obamanın namizədi olan Brayzanın Bakıda səfir olmasının əleyhinə iki senator – Kaliforniyadan olan Barbara Bokser və Nyu Cersidən senator Robert Menendez səs vermişdi. Amma Komitə Brayzanın namizədliyinin Senatda səsverməyə çıxarılması barədə qərar qəbul etdi.

Erməni Milli Komitəsi xəbər verir ki, Komitənin həmin qərarından dərhal sonra Senator Bokser öz hüququndan istifadə edərək Brayzanın namizədliyinin Senata çıxarılmasını dayandırıb.

Komitənin bu xəbəri doğrudursa, M.Brayza ən azı bu ilin noyabrına qədər ABŞ-ın Azərbaycanda səfiri kimi təsdiqlənə bilməyəcək. Noyabrda Kaliforniyada yeni senator seçkiləri olacaq. «The Wall Street Journal» qəzeti bugnülərdə xəbər verib ki, Barbara Bokser həmin seçkidə çətinə düşüb. Ona görə Brayzanın Azərbaycanpərəst və Türkiyəpərəstlikdə ittiham etməklə Kaliforniyada yaşayan ermənilərin səsini almağa çalışır.

Erməni Milli Konqresi xəbər verir ki, 2006-cı ildə də Robert Menedez həmin hüququndan istifadə edərək Riçard Hoaglandın Ermənistana səfir təyin edilməsinin qarşısını alıb. O zaman senator Hoaglandı Senatdakı çıxışı zamanı “erməni soyqırımı”nı inkar etməkdə suçlu bilmişdi.
XS
SM
MD
LG