Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:25

Deputatlıq qurban tələb edir…


Yadigar Sadıqov
Yadigar Sadıqov
“SEÇKİ MƏNİ İŞSİZ QOYACAQ”

“İşlədiyim Lənkəran Universitetində mənə dərs verməkdən imtina edirlər. Bu, mənim siyasi fəaliyyətimlə və deputatlığa namizədliyimi vermək istəyimlə bağlıdır.”

Bunu AzadlıqRadiosuna “AXCP-Müsavat” seçki blokundan 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yadigar Sadıqov deyir. Onun sözlərinə görə, adı qəzetdə çıxdıqdan sonra işlədiyi universitetdə ona təzyiqlər başlanıb.

Y.Sadıqov ötən bələdiyyə seçkisində də təzyiqlərə məruz qaldığını bildirir: “Beynəlxalq təşkilatlar bu işə qarışdılar, qoymadılar ki, məni işdən çıxartsınlar. İndi vəziyyət fərqlidir. Elə bəhanələr tapıblar ki, adam məəttəl qalır. Məsələni belə qoyublar ki, ya namizədlik ya da universitet. Bu seçki məni işsiz qoyacaq”.

“KƏNDLİNİ ALDATMAĞA NƏ VAR?”

Y.Sadıqov deyir ki, rayonlarda demokratik şərait yoxdur. Bu şəraiti yaratmaq istəmirlər:

“Bizdə azad seçki yoxdur. Rayonlarda yaşayanlar, əsasən kəndlilərdir. Kəndlini aldatmağa nə var? Qəzet oxumurlar, ancaq televizorlara baxırlar. Televizorda da hakimiyyətin özüdür. Təşviqat üçün münasib yer yoxdur, tədbir keçirmək üçün imkan vermirlər. Belə şəraitdə hansı demokratik seçkidən söhbət gedə bilər”.

“DEYİRLƏR Kİ, BU DAİRƏDƏN ARTIQ DEPUTAT SEÇİLİB”

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasından (KAXCP) 77 saylı Astara seçki dairəsindən namizədliyi irəli sürülən Fayıq Cəfərov da ona təzyiqlərin olduğunu deyir. Onun sözlərinə görə, ondan tələb edirlər ki, namizədliyini verməsin:

“Adını çəkmək istəmirəm. Yanıma hər gün adamlar gəlir, yalvarırlar ki, namizədlikdən imtina edim. Bunalar vəzifədə olan qohumlarımdır. Deyirlər ki, bu dairədən artıq deputat seçilib. Nəyinə lazım. Mən bu rayonda icra hakimiyyəti başçısı işləmişəm. Rayonda hörmətim var. Qorxurlar”.

KAXCP Lənkəran rayon təşkilatının sədri Azad Şəfiyev də təzyiqlərin olduğunu deyir:

“Bu təzyiqləri açıq şəkildə etmirlər. Mesaj göndərirlər. Adamlara tapşırırlar ki, müxalifətə imza verməsinlər. Seçki komissiyalarından gələn məlumatlara görə, müxalifətin imzalarını ciddi yoxlayacaqlar. Burda söhbət nöqtədən, vergüldən gedir. Gedib deyirsən ki, məndən nə istəyirəsən? Deyir ki, mənim heç nədən xəbərim yoxdur”.

73 saylı Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərovun sözlərinə görə, təzyiqlərlə bağlı onlara məlumat daxil omayıb. İmza vərəqələrin verilməsi ilə bağlı kim onlara müraciət edibsə istədikləri yerinə yetirilib:

“BUNLAR HAMISI YALANDIR”

Lənkəran Dövlət Universitetindən deyirlər: Yadigar Sadıqov ixtisara düşür
“İmza vərəqəsi bir gün olar ki, Yadigar Sadıqova verilib. Nə tez təzyiq etdilər? Bunlar hamısı yalandır. Seçkinin keçirilməsi üçün demokratik şərait var. Seçkini keçirtməyə gücləri çatmır, cığallıq edirlər. Gəlsinlər, dərdlərini desinlər, biz də ölçü götürək”.

Lənkəran Dölət Univesitetinin prorektoru Şövkət Baxışov da Yadigar Sadıqovun dedikləri ilə razılaşmır. O bildirir ki, universitetdə islahatlar aparılır. Qanuna görə, mühazirə və seminarı eyni müəllim aparmalıdır. Ona görə ixtisarlar gedir. Digər tərəfdən Yadigar Sadıqovun elmi dərəcəsi yoxdur:

YADİGAR SADIQOV İXTİSARA DÜŞÜR…

“5-6 nəfər ixtisara düşür. Yadigar Sadıqov da onlardan biridir. Mümkün olsa onu başqa işlə təmin edərik. Siyasi fəaliyətinin bura aidiyyəti yoxdur”.

YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev də narazılığa əsas görmür. O deyir ki, seçki böyük siyasi kampaniyadır. Bacarıq, zirəklik, savad istəyir. Onun fikrincə, bu keyfiyyətlər deputatlığa namizədliyini vermək istəyənlərin bir çoxunda yoxdur. Narazılıqlar da burada yaranır:

“Seçki ilə bağlı təzyiqlərin şahidi omamışam. Axı, kimdir bu təzyiqləri edən? Ad çəksinlər, tədbirini görək. Ad yoxdur axı”.
XS
SM
MD
LG