Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

«Vətəndaşların plüralist, demokratik seçim imkanı olmayıb»


“Azərbaycan vətəndaşlarının plüralist, demokratik seçim imkanı olmayıb”.

Avropa Parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Anneli Jäätteenmäki noyabrın 7-də keçirilmiş parlament seçkiləri haqqında bəyanatında belə deyilir. Bəyanatda deyilir ki, seçkilər texniki cəhətdən yaxşı təşkil olunmuşdu və dinc atmosferdə keçirildi:

“Müstəqil müşahidəçilər səslərin sayılması zamanı qanunsuzluqların baş verməsi, müxalifət müşahidəçilərinə təzyiq edilməsi və seçki qutularına topa şəklində bülletenlərin doldurulması haqqında məlumat veriblər”.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan vətəndaşlarının plüralist, demokratik seçim imkanı olmayıb:

“Azərbaycan daha geniş demokratiyaya nail olmaq üçün hələ çox səy göstərməlidir. Azərbaycanda iqtisadi artım və sabitlik faktdır. Bu vəziyyətin dayanıqlı olması üçün daha geniş siyasi liberallaşma və ölkənin daha da demokratikləşməsi vacibdir”.

BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG