Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:15

Bloqqer Adnan Hacızadə azadlıqda


Adnan Hacızadə azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

Bakı appelyasiya məhkəməsi noyabrın 18-də Adnan Hacızadənin cəzasının çəkilməmiş hissəsindən azad olunması barədə qərar verdi.

Bloqqer Adnan Hacızadə həbsdən azad edilib.

Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi bloqqer Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb.

Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhəkəmədən dərhal sonra Adnan Hacızadə AzadlıqRadiosuna bildirib: "Mən cinayətkar deyiləm və tam bərait tələb edirəm. Emin Milli də dərhal azad olunmalıdır, çünki o da xuliqan deyil". Adnan Hacızadə AzadlıqRadiosuna öz təşəkkürünü bildirib, deyib ki, hər axşam, xırıltılı olsa da qısa dalğalarda onun proqramlarına qulaq asmağa çalışıb.

Xuliqanlıq ittihamıyla 2 il həbs cəzası alan Adnan Hacızadənin cəzası 7 ay 21 gün sonra başa çatacaqdı.

Buna qədər onun vəkili İsaxan Aşurov eyni vəsatətlə Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, vəsatət təmin edilməmişdi. Bundan sonra vəkil eyni müraciəti Bakı Apelyasiya Məhkəməsinə göndərmişdi.

A. Hacızadənin vəkili məhkəmə prosesindəki çıxışında onun nümunəvi məhbus olduğunu, hətta məhbəsdə Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edildiyini məhkəmə heyətinə bildirib.

Penitensiar xidmətin təmsilçisi Əli Nəbiyev isə Hacızadənin cəzadan azad edilməsinə qarşı olduğunu bildirib. O dediklərini məhbusun qaydaları pozmasa da, vəkilinin iştirakı olmadan cəzaçəkmə müəssisəsi rəhbərliyinin heç bir sualına cavab verməməsi ilə əsaslandırıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Şükürov nümunəvi məhbus sayılan Hacızadənin cəzasının qalan hissəsindən azad edilməsinə etiraz etmədiyini bildirib.

Müşavirədən sonra məhkəmə vəsatətin təmin edilməsi ilə bağlı qərar çıxarıb.

Adnan Hacızadə digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.

Müxbirlərimizin ətraflı reportajı, video və fotolar tezliklə saytda yerləşdiriləcək.

MÖVZUNU BURADA ŞƏRH EDİN

XS
SM
MD
LG