Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:25

Nardaranda hicab yasağına etiraz edirlər


Nardaranda hicab yasağına etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00
Direct-ə keçid

Dekabrın 16-da Aşura mərasimi keçirmək üçün Nardaran pirinə toplaşan adamlar Hicaba qoyulan qadağaya etiraz edərək aksiya keçiriblər. Cavanşir Ağamalıyevin videogörüntüləri

Dekabrın 16-da Nardaranın minlərlə sakini toplaşıb, «Biz ölərik Hicabı əldən vermərik» şüarı səsləndiriblər.

Nardaran pirində keçirilən mərasimdə dindarlar hicabın qadağası ilə bağlı prezidentə və Təhsil nazirinə müraciət ünvanlayıblar və imza toplama kampaniyasına başladıqlarını bildiriblər.

Ötən həftə Bakıda orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10-dan çox adam saxlanıb.

Dekabrın 16-sı Azərbaycanda Aşura günü qeyd olunur. Bir sıra dini icma rəhbərləri Aşura günündə aksiyaların keçirilməməsi üçün dindarlara müraciət ünvanlayıb.

Təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsilə bağlı dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə Turan informasiya agentliyinə deyib ki, “hicab məsələsi müzakirə obyekti deyil, bu, allahın əmridir və ona əməl olunmalıdır”.

Şeyxülislam hicabın geyilməsinə gəldikdə, onun məktəb forması ilə uzlaşmasına diqqət çəkib:

“Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”.

Şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu deyib:

“Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”.

XS
SM
MD
LG