Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:51

Putin dörd saat vətəndaşların suallarına cavab verib


Vladimir Putin vətəndaşların suallarına cavab verir, 16 dekabr 2010
Vladimir Putin vətəndaşların suallarına cavab verir, 16 dekabr 2010

“Beynəlxalq böhrana baxmayaraq, ölkədə vətəndaşların yaşayış səviyyəsi yüksəlib, iş yerləri çıxalıb”. Azərbaycanda demək olar hamıya tanış olan bu ifadələri bu dəfə Rusiya vətəndaşları eşidiblər. Amma prezidentin yox, Baş nazir Vladimir Putinin dilindən.

Putin 10 ildir ki, ildə bir dəfə telekanallarla canlı yayımda vətəndaşların suallarına cavab verir. Dekabrın 16-da keçirilən sual-cavab dörd saat yarım çəkib. Rusiyadan olan ekspertlər AzadliqRadiosunun rus redaksiyasına bildirilər ki, “sanki Putinə özünü ölkənin ümummilli lider kimi təqdim etməyə bir meydan verilmişdi”.

Putin birbaşa efirdən başçılıq etdiyi hökuməti dönə-dönə tərifləyib, məsələn, işsizliyin azaldığını deyib:

Kunta Haji universitetinin tələbələri Vladimir Putini dinləyir, 16 dekabr 2010
- Keçən ilə baxaq, bizdə 6 milyondan çox işsiz vardı. Bu il biz işsizlərin sayını 1 milyon 200 min endirmişik. Mən deyərdim ki, bu çox yaxşı göstəricidir.


Putin son günlər Rusiyada alovlanan etnik qarşıdurma haqqında suala cavabında da polisə təriflər yağdırıb. Müxalifətə ünvanlanan kinayə ilə Putin deyib ki, polis yaxşı işləməsəydi, küçədə millətçilərlə liberal elita vuruşmalı olacaqdı:

- Yoxsa, bizim liberal elita saqqalını qırxıb, başına kaska qoyaraq küçəyə çıxıb radikallarla mübarizə aparardı. Məncə, bu ən pis ssenari olardı, çünki hər kəs öz yerində olmalıdır.

Rusiyada bugünkü rəsmi qəzetlərdə Kreml ideoloqları liberal müxalifət qüvvələrini millətçilərdən istifadə etməkdə suçlayırlar. Onlar qeyd edirlər ki, Rusiyada müxalifət irqçiliyi qızışdırır, onları qanunsuz etiraz aksiyalarına və polislə toqquşmalara çağırırlar.

Müxalifət də öz növbəsində millətçi dalğaının güclənməsində Kremli ittiham edir. Onlar bildirirlər ki, hökumət millətçi qrupları müdafiə etmək və gürcüləri Rusiyadan çıxarmaqla özü ölkədə etnik gərginlik yaradır.

Ötən həftənin sonundan başlayaraq Rusiya paytaxtında faşist şüarlar səsləndirən millətçi qruplarla Qafqazdan olan gənclər arasında qarşıdurma səngimir. Polis mindən çox adamı həbs edib.

Vladimir Putin bugünlər Rusiyada bir neçə müxalifət liderinin yeni partiya yaratmasına münasibət barədə suala cavabında da müxalifətin ünvanına ittihamlar yağdırıb. Deyib ki, müxalifətə yalnız pul və hakimiyyət lazımdır, onlar yalnız ciblərini doldurmaq üçün çalışırlar, hakimiyyətə gəlsələr, bütün Rusiyanı satarlar.

Rusiya Xalq Azadlıq Partiyası elan etmiş Boris Nemtsov, Vladimir Rıjkov və Vladimir Milov isə bu çıxışına görə Putini məhkəməyə verəcəklərini deyiblər.

Nemtsov Azadlıq Radiosuna müsahibəsində bunu böhtan adlandırıb və qeyd edib ki, Vladimir Putinin prezidentliyi və baş nazirliyi dövründə korrupsiyanın səviyyəsinə görə, Rusiya Afrika ölkələri cərgəsinə düşüb.

Putin çıxışlarında Yukos neft şikrətinin keçmiş prezidenti Mixail Xodorkovskini də “oğru” adlandırıb. Xodorkovski hələlik maliyyə pozuntuları ittihamları ilə məhkəmənin yekun qərarını gözləyir. O, 2003-cü ildə mənimsəmə, vergidən yayınma ittihamları ilə tutulub, səkkiz il azadlıqdan məhrum edilib. Bu yaxınlarda ona yeni mənimsə ittihamları ilə cinayət işi açılıb. Hələlik sonuncu ittihamlar üzrə məhkəmənin yekun qərarı məlum deyil. Prokuror ona həbsdə qaldığı müddət də hesablamaqla 14 il azadlıqdan
Putinə zala toplanan və ölkənin müxtəlif regionlarından olan vətəndaşlar suallar veriblər, 16 dekabr 2010
məhrumetmə cəzası tələb edib. Hakim iddianı təmin etsə 2003-cü ildə tutulan Xadarkovski 2017-ci ilə qədər həbsxanada qala bilər.

Putinlə canlı yayım zamanı Azərbaycanda çoxlarına tanışa olan başqa mövzularda da suallar səslənib. Vətəndaşlardan biri ondan soruşub ki, rəsmilər bir yana gedəndə yolda başqalarının hərəkəti niyə dayandırılır, bəs, adi vətəndaşalr iş yerlərinə, evlərinə necə getsinlər?

Vladimir Putin cavabında deyib ki, Rusiyada yalnız iki şəxsin, prezidentin və Baş nazirin təhlükəsizliyi üçün yollarda belə tədbirlər görülür. Başqa kim yola çıxanda hərəkət dayandırılırsa, bu, qanunsuzluqdur.
XS
SM
MD
LG