Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:29

“The Washington Post” indi də Qara Dəniz sahilində saraydan yazır


Qəzetin yazdığına görə Qara Dəniz sahilində ucalan İtaliya arxitekturalı sarayı hətta internetdə peykdən çəkilmiş şəkillərdən də görmək olur.

Sarayın geniş hovuzu, “çay evi”, amfiteatrı konsert zalı, üç vertolyot üçün enmə meydançası da var. Hələlik bu nəhəng saray tikilməkdədir, amma bəzi mütəxəssislər tikiliyə qiymət də verirlər. Onların təxminlərinə görə sarayaın başa gəlməsinə azı 1 milyard dollar xərclənəcək.

Bu saray haqqında “The Washington Post” qəzeti dekabrın 23-də ətraflı məlumat verib. Qəzetin yazdığına görə Sergey Kolesnikov adlı bir nəfər bugünlərdə Rusiya prezidentinə göndərdiyi məktubunda həmin sarayı iş adamlarının Baş nazir Vladimir Putinə tikdirdiklərini yazıb.

Kolesnikovun iddiasına görə əslində bu pullar da dolayı şəkildə korrupsiya yolu ilə qazanılıb.

“The Washington Post”
yazır ki, Sergey Kolesnikov özü də 2009-cu ilə qədər bir iş adamı olub. Bildirdiyinə görə Putinə pul toplayan şirkətlərdə çalışıb. Onun prezident Medvedevə məktubu dekabrın 21-də Rusiyanın BMT-dəki nümayəndəliyinə təqdim edilib.

Vladimir Putinin sözçüsü Dmitri Peskov elə dekabrın 23-də bəyanat yayaraq bu sarayın Vladimir Putinə heç bir aidiyyatı olmadığını bildirib. Peskov israrla qeyd edir ki, Putinin bu saryla heç bir əlaqəsi yoxdur, olmayacaq da. Amma o, sarayın əsl sahibinin kim olduğunu da deməyib.
Rusiyanın Baş naziri V.Putin (solda) prezident D.Medvedevlə (sağda) Soçidə, 13 avqust 2010

Amma Rusiyada bəzi mənbələr bu sarayın 2014-cü ildə Soçidə keçiriləcək Qış Olipiya Oyunları zamanı mötəbər qonaqların yerləşdirilməsi üçün istifadə ediləcəyini bildiriblər.

“The Washington Post” qəzetinin əməkdaşı David Ignatius isə yazır ki, Medvedevə məktubun müəllifi olan iş adamı Sergey Kolesnikovla görüşüb. O, məktubnda qeyd etdiyi saray iddiaları ilə bağlı sənədlərini jurnalistə göstərib.

Kolesnikovun iddiasına görə Putinin gizli pullarına onun hələ Sankt-Peterburqda dostlaşdığı Nikolay Şamalov rəhbərlik edir. Müxbir Putinin sözçüsü vasitəsilə Şamalovun özüylə də əlaqə saxlamağa çalışıb, amma bu, mümkün olmayıb.

Kolesnikovun iddiaları barədə “The Washington Post” daha sonra yazır:

“Kolesnikov bildirir ki, 200-ci ildə Putin prezident olandan sonra Şamalovla işləməyə başlayıb. Əvvəlcə, onlar Sankt-Peterburqda xəstəxanalara tibbi avadanlıqların alınmasında əməkdaşlıq ediblər. Həmin alqı-satqıda da dövlət büdcəsindən ayrılan pulların 35 faizi ofşor şirkətlərə yönəldilib. Dediyinə görə təkcə bu əməliyyatda 148 milyon dollar pul Şamalovun nəzarətinə keçib.

Kolesnikovun dediyinə görə Şamalov ildə azı iki-üç dəfə Putinə maliyyə hesabatı verir. Hətta Şamalovun yanında işlədiyi müddətdə belə hesabatlardan birini Kolesnikov özü şəxsən yazıb Putinə göndərilmək üçün Şamalova verib. Sonra da Şamalov maliyyənin hara yönəldilməsi barədə Putinin təlimatını Kolesnikova çatdırıb.”

“The Washington Post” qəzeti bu il martın 5-də Dubayda Əliyev soyadlı üç nəfərin də dəyəri 75 milyon dollar olan villaları olması barədə məlumat yaymışdı. Qəzet Dubay rəsmilərinə istinadla xəbər verirdi ki, bu villarladan bir hissəsinin sahibi Heydər Əliyev adlı 11 yaşlı Azərbaycan vətəndaşıdır.

Azərbaycan rəsmiləri həmin mülklərin prezidentin ailəsinə məxsus olmasını inkar etdilər.
XS
SM
MD
LG