Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:40

«Azərbaycan və Türkmənistanla münasibətləri dərinləşdirmək istəyirik»


Joze Manuel Barrozo
Joze Manuel Barrozo
Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun Azərbaycana səfəri çərçivəsində “Cənub” dəhlizinin yaradılması barədə və “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” adlı birgə bəyannamələr imzalanacaq.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” bəyannaməsində Azərbaycandakı siyasi və iqtisadi islahatlara dəstək ifadə olunacaq.

J. M. Barrozo Azərbaycan və Türkmənistanın “Şərq tərəfdaşlığı” və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa Birliyinin əsas tərəfdaşları olduğunu bildirib:

“Biz bu ölkələrlə münasibətlərimizi dərinləşdirmək istəyirik. Biz enerji ehtiyatlarının ixracının difersifikasiyası və uzunmüddətli təhlükəsizliyində ciddi şəkildə maraqlıyıq. Bunun üçün Xəzər regionundan təbii qazı Avropadakı istehlakçılara çatdıracaq Cənub qaz dəhlizi layihəsi həyata keçirilməlidir. Mən əminəm ki, biz birlikdə bu strateji təşəbbüsün həyata keçirilməsi üçün lazımi şərait yarada biləcəyik”.

Xatırladaq ki, J. M. Barrozo yanvarın 13-də Azərbaycana gələcək. Yanvarın 14-də isə o, Bakıdan Türkmənistana yola düşəcək.
XS
SM
MD
LG