Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:36

Birinci ledi ölkəni 1,5 ton qızılla tərk edib


Tunisin birinci ledisi, Leila Trabelsi ölkədən qaçarkən Milli bankdan (Bank de Tunisie) 1.5 ton qızıl külçələrini də aparıb. Bu haqda Fransa kəşfiyyatına istinadən “Le Monde” yazır.

Məlumatda bildirilir ki, Leila Trabelsi ötən həftə Tunisi ərindən əvvəl tərk edərək Səudiyyə Ərəbistanına gedib. Səfərdən əvvəl o, banka gələrək qızılların cıxarılmasına cəhd edib. Lakin bankın rəhbəri bu əməliyyata icazə verməyib. Leila Trabelsi, hələ vəzifəsində qalan ərinə, Ben Aliyə zəng edib. “Le Monde” yazır ki, bir qədər tərəddüddən sonra Ben Ali qızılların çıxarılmasına icazə verib.

Leila Trabelsi qiymətli yüklə Tunisdən Dubaya uçub, oradan da Səudiyyə Ərəbsitanına gedib. Bir müddət sonra, Tunisi tərk etməyə məcbur olan Ben Ali də ora gəlib.

1,5 ton qızılın bu günə olan bazar dəyəri təqribən 66 miyon dollardır.

Tunisdə çoxları ölkədəki rüşvətxorluğu prezidentdən çox, birinci ledi Leila Trabelsinin adı ilə bağlayır, hesab edirlər ki, korrupsiya şəbəkəsinin əsas fiqurları birinci ledinin qohumlarından ibarətdir. Xalq arasında Trabelsinin qohumlarını sadəcə “ailə” adlandırırdılar.

Hazırda Tunisdəki gərginlik davam edir. Ordu prezident sarayını nəzarətə götürəndən sonra devrilən rejimin silahlı tərəfdarları ölkə paytaxtının müxtəlif məhəllərində gizlənir. Bazar günü silahlı qruplaşmalar arasındakı atışmalarda 2 nəfərin öldüyü bildirilir.

HƏMÇİNİN OXU: Tunis prezidenti ölkədən qaçır (video)

XS
SM
MD
LG