Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:49

Strässer Azərbaycana dəvətnamə ala bilmir


Christoph Strasser
Christoph Strasser

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strässerin ofisindən yanvarın 19-da AzadlıqRadiosuna məlumat gəlib ki, bir gün əvvəl radioya verdiyi müsahibədə anlaşılmazlıq olub.


Strässer deyir ki, əslində viza üçün rəsmi müraciət etməyib, çünki bunun üçün lazım olan rəsmi dəvətnaməni almayıb.

“Əsas məsələ budur ki, mən rəsmi dəvətnamə almamışam. Mən dəvətnamə almağa çalışıram ki, ölkəyə səfər edib hesabatımı hazırlayım. Dəvətnamə viza üçün müraciət etməyə əsas şərtdir”.

Strässer deyir ki, Azərbaycana səfər məqsədilə viza üçün bu dəfə rəsmi müraciət edəcək. Əgər ona rəsmi imtina olunsa, hesabatı Azərbaycana səfər etmədən hazırlayacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov isə APA informasiya agentliyinə bildirib ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bir müddət əvvəl Christoph Strässerlə görüşündə təşəbbüs qaldırıb ki, siyasi məhbus məsələsini araşdırmaq üçün Azərbaycana səfər etmək lazımdır. Rəsminin sözlərinə görə, almaniyalı deputat da bu fikirlə razılaşıb.

XS
SM
MD
LG