Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:43

Canlı yayımda Berlusconinin əsəbləri dözmədi


İtaliyanın baş naziri Silvio Berlusconi ətrafında qalmaqal yeni calarlar alır.

Bu dəfə söz-söhbətlərin qızışmasına baş nazirin özü səbəb olub. O, İtaliyanın LA7 kanalında canlı yayımlanan siyasi debat proqramına zəng edərək proqram aparıcısını və debat iştirakçılarını təhqir edib.

Həmin gün canlı yayımlanan “L`İnfedele” debat-proqramının müzakirəyə çıxardığı mövzu, İtaliyadakı seks qalmaqalı idi.

(Yazı fotonun altında davam edir)

İyun 2007, Silvio Berlusconi və xanımı Veronica Lario. Onlar boşanandan V.Lario ərinin sirrlərini açmağa başladı

Proqramda Berlusconini ittiham edən qadınlar da iştirak edirdi. Gözlənilmədən Berlusoni efirə zəng edir və proqram aparıcısı Gad Lernerlə mübahisəyə başlayır. Deyir ki, bütün bu ittihamlar yalandır, ona qarşı qarayaxma kampaniyasıdır. Bundan sonra Berlusconi proqramı və onun iştirakçılarını təhqir etməyə başlayır:

- Sizin proqram iyrənc bir formada hazırlanan murdar bir verilişdir.

Lerner ittihamlarla bağlı prokurorluğun apardığı təhqiqatı Berlusconiyə xatırladır:

- Niyə camaati təhqir edirsiz, niyə əvəzində prokurorluğa gedib izahat vermirsiz? – Onun bu sözləri Berlusconini tamamilə özündən çıxarır. Qızışan mübahisədə Berlusconi proqramı fahişəxana adlandırır.

(Berlusconi canlı yayımda TV-yə zəng edir - video YouTube-dan götürülüb)

74 yaşlı Berlusconinin canlı efirdəki qəzəbi onun vəziyyətinin nə dərəcədə ağır olduğundan xəbər verir. Debat proqramının yayımlandığı LA7 Berlusconin nəzarəti altında olmayan nadir TV kanallardan biridir. İtaliya mediasının böyük hissəsi birbaşa və ya dolayısı ilə Berlusconinin əlindədir.

Milan şəhərinin prokurorluğu parlamentə 389 səhifəlik material yönəldib və iddi edir ki, sənədlərdə Belusconinin qədim peşə sahibləri ilə cinsi əlaqədə olmasını, bu qadınlara maddi yardım göstərməsini sübut edən dəlillər var.

İttihamların mərkəzində Karima El Mahrougun adlı Mərakeşli rəqqasənin etirafları durur. O iddia edir ki, hələ 17 yaşı olanda baş nazirin evindəki eyş-işrətlərə cəlb olunub.

Berlusconi El Mahrougla hər hansı cinsi əlaqədə olduğunu inkar edir. Deyir ki, sadəcə olaraq onu ötən ilin mayında oğurluq ittihamı ilə həbs edilərkən Milan polisindən azad etdirib.
XS
SM
MD
LG