Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:40

Patriarxların gücü


II İlya
II İlya
Thomas de Waal: “The National Interest”

Post-sovet məkanını “şaquli hakimiyyət” birləşdirdiyindən bir çox qeyri-hökumət institutları getdikcə zəifləməkdədir. Bircə istisna var: kilsələr. 2011-ci ilin əvvəlində patriarxların fəaliyyətində canlanma duyulur.

Bu fenomen Ermənistan, Gürcüstan və Rusiyada daha güclüdür. Ermənistan katolikosu, II Qaregin nəinki Ermənistan Qriqoryan Kilsəsinin, həmçinin bütün dünya ermənilərinin lideridir. Qaregin böyük nüfuza malik olsa da, onun fəaliyyəti bir o qədər gözə çarpmır.

1977-ci ildən Gürüstanın patriarxı olan II İlya və Moskva patriarxı I Kirill daha fəaldırlar və hər ikisi güclü fiqurlardır.

PATRİARX MİXEİL SAAKAŞVİLİDƏN DAHA MƏŞHURDUR

Milli Demokratiya İnstitutunun ötən ilin aprelində keçirdiyi rəy sorğusuna görə, II İlya Gürcüstanın ən məşhur adamıdır. Rəyi soruşulanların 90 faizi birinci onun adını çəkib, prezident Mixeil Saakaşvili isə patriarxdan sonra gəlir - 58 faizlə ikinci yer.

Ötən il “Nezavisimaya Qazeta” ənənəvi olaraq Rusiyanın ən məşhur 100 adamının siyahını dərc edib. Moskva patriarxı I Kirill siyahıda 7-ci olub. Bu, siyasətlə məşğul olmayan bir şəxs üçün hünərdir.

Rusiya patriarxından əvvəl Vladimir Putin və Dmitri Medvedev və onların yaxın müttəfiqləri gəlir. Ancaq siyahıya görə, Rusiyanın müdafiə və xarici işlər nazirləri və “Qazprom” rəhbəri Aleksey Miller patriarxdan daha az populyardırlar.

RUSLARIN DİNƏ MARAĞI ARTIB

Dmitri Medvedev və II Kirill
Araşdırmaya görə, Rusiyada dinə maraq güclənməkdədir. “Levida Mərkəzi”nin məlumatına görə, hazırda ölkə əhalisinin 2/3-i özünü provoslav hesab edir, yəni 90-cı illərlə müqayisədə dinə olan maraq az qala 50 faiz artıb.

Siyasi liderlər güclü simvolla bağlı olmalıdır. Liderlər öz komsomol gəncliyini bir kənara qoyub dini xidmətlərini göstərir və milli platformasını patriarxla bölüşürlər. Temperament və görünüşə baxılarsa, Gürcüstan prezidenti Mixeil Saakaşvilinin pravoslav mömin olması inandırıcı görünmür. Ancaq o, bu yaxınlarda patriarxa ictimai ehtiram göstərib və daha əvvəlsə oğlunun xaç suyuna çəkilməsinə razılaşıb.

“PATRİARXLAR LOKOMOTİV OLMAĞI BACARMALIDIR”

Rusiya və Gürcüstan patriarxları ölkələrinin mühüm anlarında öz fəallığı ilə seçilib. Məsələn, 2008-ci ilin avqust müharibəsi zamanı patriarx İlya cəsədlərin qaytarılmasına köməklik edib, Rusiyada konsert verdiyinə görə kəskin tənqidə tuş gələn iki gürcü ifaçı ilə bağlı danışıb. Kiril Rusiya pravoslav kilsəsini təlimatlandırıb ki, mübahisəli Abxaziya və Cənubi Osetiya ilə bağlı konfrontasiyaya getməsinlər.

O, ötən ay bəyan edib ki, “həm coğrafi, həm də səmimi əlaqələrlə bir-birinə bağlı olan qardaş kilsələr ölkələr arasındakı münasibətləri mövcud çətinlikdən çıxaran ikinci lokomotiv olmalıdır”.

Ola bilsin ki, Moskva patriarxı məsələlərə belə baxmır, ancaq o, Rusiyanın “yaxın xaricdəki” mülayim qüvvəsinin ən səmərəli vasitəsidir. O, ötən il Ukraynaya bir neçə dəfə səfər edib və yeganə pravoslav patriarxıdır ki, prezident Viktor Yanukoviçin inauqurasiya mərasiminə dəvət olunmuşdu.

3-CÜ UŞAĞINIZ OLSUN, ONUN XAÇ ATASI OLACAĞIMA SÖZ VERİRƏM

Mixeil Saakaşvili və II Ilya
Bəzən kilsələrə göstərilən ehtiram onların öz mühafizəkar düşüncələrini irəli sürməsinə səbəb olur. Necə ki, bu günlərdə kilsənin sinodal şöbəsinin məsul şəxsi Vsevolod Çaplin Rusiyada kişilər və qadınlar üçün geyim kodeksinin tətbiq edilməsini təklif edib.

Gürcüstanda isə kilsənin mesajı daha güclüdür. IIi İlya gürcü ailələrini 3-cü uşağı dünyaya gətirməyə çağırıb və söz verib ki, həmin uşağın xaç atası olacaq. Nəticədə doğumun səviyyəsi artıb.

SAAKAŞVİLİNİN DAHA BİR TƏNQİDÇİSİ - PATRİARX


Gürcü və rus patriarxları arasında bir fərq də var. Rusiyada patriarxın hakim elitanı tənqid etməsini təsəvvür etmək mümkün olmasa da, Gürcüstanda bu mümkündür. Necə ki, təhsil naziri Dmitri Şaşkin bir müddət əvvəl gürcü patriarxın tənqidinə tuş gəlmişdi:

Gürcüstan prezidenti Saakaşvili tənqiddən üstün potensial tənqidçisi olduğunu bilir.

/Sayta hazırladı: Sevinc Hüseynzadə/
XS
SM
MD
LG