Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:32

«Siyasilərdən Əliyevlərə Misir dərsi»


Mətbuat icmalı
Mətbuat icmalı
Bazar ertəsi çıxan qəzetlər əsasən Misir hadisələrinə diqqət yönəldiblər...

«SİYASİLƏRDƏN ƏLİYEVLƏRƏ MİSİR DƏRSİ»

«Azadlıq» qəzeti bu ölkədə baş verənlərlə bağlı Azərbaycan siyasətçilərinin rəyini öyrənib.

AXCP sədri Əli Kərimli qəzetə deyib ki, ərəb ölkələrində baş verənlər demokratiyanın alternativsizliyini və avtoritarizmin sonu olmadığını növbəti dəfə təsdiqlədi. Onun fikrincə, Tunisdə, Misirdə, Yəməndə 20-30 illik avtoritar rejimlərdən, ədalətsizlikdən və kasıbçılıqdan boğaza yığılmış xalqın öz demokratik hakimiyyətini qurmaq üçün ayağa qalxması prosesi gedir. Baş verənlər göstərir ki, diktaturanın sabahı yoxdur və gec-tez bütün xalqlar öz avtoritar liderlərinin hakimiyyətindən xilas olacaqlar.

Politoloq Zərdüşt Əlizadə qəzetə açıqlamasında bildirib ki, bu prosesdən MDB məkanı da kənarda qalmayacaq. Onun fikrincə, Azərbaycan iqtidarı vəziyyəti vaxtında düzgün qiymətləndirib zəruri islahatlar aparmasa, xalqa yad olan bu hakimiyyətin eyni aqibətlə üzləşməsi qaçılmazdır.

«BURDA BANAN AMERİKADAN İKİ DƏFƏ BAHADIR»

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin «Yeni Müsavat» qəzetinə müsahibə verib.

«Kimsə hesab edirsə ki, ABŞ hökuməti müxalifəti gücləndirməlidir, ayağa qaldırmalıdır, bu, çox səhv fikirdir. Müxalifət xalqa arxalanaraq özü hərəkət etməlidir. ABŞ hökuməti gəlib burda hansısa müxalifəti qaldıran deyil. Amma ABŞ səfirliyi müxalifətin bir neçə nümayəndələri ilə vaxtaşırı görüşlər keçirir, müzakirələr aparır. Elə sizin qəzet də bu görüşlərdən yazır».

«İQTİSADİ AZADLIQ VƏ AZƏRBAYCAN GERÇƏKLİYİ

Yaxud «The Heritage Foundation» düzmü deyir?»

Bu sualı «Azərbaycan» qəzeti qoyub.

«ABŞ-ın «The Heritage Foundation» Analitik Mərkəzi hər il dünya ölkələrinin iqtisadi azadlıq müstəvisində reytinqini hesablayır. Fondun 2010-cu ildə apardığı araşdırmalara əsasən, Azərbaycan «əsasən azad olmayan» ölkələr qrupuna daxil edilib.

Qəzet yazır ki, son 10 ildə ortaillik artım tempi 17 faiz təşkil edən ölkədə iqtisadi azadlıqların «yoxluğu»nu iddia etmək və onu əsaslandırmağa çalışmaq kifayət qədər qəribə təəssürat yaradır. Primitiv qərəzləmi qarşılaşmışıq, yoxsa fondun tədqiqat metodologiyası natamamlıq burulğanında boğulur?

«Azərbaycan» qəzeti Ermənistanın azad ölkələr qrupuna daxil olunması ilə razılaşmır.

«Ermənistanda, eləcə də Qırğızıstan və Gürcüstanda hər hansı bir iqtisadi intensivlikdən danışmaq mümkünsüzdür. Belə çıxır ki, fond «ayaqqabı fırçasını (oxu Ermənistanı) məməlilər sinfinə» (F.Engels) daxil etməklə məşğuldur. Amma «süd vəzilərinin əmələ gəlməsi» qətiyyən fonddan asılı deyil».
XS
SM
MD
LG