Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:41

Həmsədrlər irəliləyişlər olduğunu bildirirlər


Həmsədrlər – ABŞ-dan Robert Bradke (ortada), Fransadan Bernard Fassier (sağda) və Rusiyadan İqor Popov (solda)
Həmsədrlər – ABŞ-dan Robert Bradke (ortada), Fransadan Bernard Fassier (sağda) və Rusiyadan İqor Popov (solda)
Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 8-dən 11-ə qədər davam edərn regiona səfərlərinin yekunları haqqında birgə bəyanat yayıblar. Onlar qeyd edirlər ki, keçən ilin oktyabrında prezidentlərin Həştərxan görüşündən bu yana danışıqlar prosesində müəyyən irəliləyişlər olub.

Həmsədrlər tərəfləri sülh danışıqları prosesinin növbəti mərhələyə daxil olmasına imkan verməyə və sülh üçün daha münasib şərait yaradılması üçün hərəkətlərində və ictimai çıxışlarında daha ehtiyatlı olmağa çağırırlar.

Həmsədrlər – ABŞ-dan Robert Bradke, Fransadan Bernard Fassier və Rusiyadan İqor Popov Bakıda və Yerevanda prezidentlər, Xarici İşlər və Müdafiə nazirləri ilə görüşüblər.

Fevralın 11-də Bakıda Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə görüşləri zamanı nazir deyib ki, Bakı Qarabağ üçün yeni müharibəyə ciddi hazırlıq görür. Nazir bildirib ki, Ermənistan işğalçı siyasətinə son qoymalıdır.
XS
SM
MD
LG