Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:54

Qaddafi biznes imperiyasını necə qurur?


Liviyanın lideri Qaddafi və onun ailə üzvləri ölkə xaricində çoxlu şirkətlərin sahibi kimi də tanınır.

Liviyanın dövlət fondu adından (fondun rəsmi adı «Libyan Arab Foreign İnvestment Company LAFİCO»dur) sərmayələr yatırmaqla Qaddafilər dünya üzrə yüz milyonlarla dollar dəyəri olan kapitala malikdir.

Qərb mətbuatında dərc olunan məlumatlar əsasında Qaddafilərin tam və ya qismən sahib olduğu şirkətlər şəbəkəsinin mənzərəsini yaratmağa çalışdıq.

ƏN BÖYÜK TƏRƏFDAŞLARI İTALİYADA VƏ YAXIN ŞƏRQDƏDİR

Liviyanın əsas yatırımları İtaliyadadır. Ölkə Banca diRomada (bank) – 5 faiz, Fiat avtomobil konsernində – 2 faiz, İtaliyanın ən böyük bankı UniCredit bankında – 7.35 faiz paya malikdir.

Bundan başqa Liviya Kuwait və Abu Dabi ilə birlikdə Yaxın Şərqin maliyyə maqnatı olan Arab Banking Corp.-unda 33, İordaniyanın Zara İnvestment Holdingdə isə 13 faizlik sahiblik hüququna malikdir.

Qaddafinin mülkləri arasında Yaxın Şərqdə və Avropada kifayət qədər geniş hotellər şəbəkəsi olan Corinthia Group göstərilir. Bu qrupun 47 faizlik payının ünvanı Liviyadır.

DİGƏR XARİCİ YATIRIMLAR

Liviya dünyanın ən böyük kərpiç istehsalçısı olan Wienerberger şirkətində 10 faizlik paya sahibdir.

Digər xarici şirkətlərə olan yatırımıar arasında Qərb mətbuatında aşağıdakı ünvanların adı çəkilir İngiltərəinin Pearson şirkəti (3 faiz), Türkiyənin Emlak Konut GYO (5 faiz), Rusiyanın aliminium istehsalçısı UC Rusal (1 faiz)

Və nəhayət Şotlandiyanın Royal Bank of Scotland (RBC) adı hallansa da, bu bankın kapital iştirakında Liviyanın payı haqda məlumata rast gəlmədik.

QƏDDAFİ BP-ni DƏ ALMAQ İSTƏYİB


Ötən ilin yayında, Meksika körfəzindəki qəzadan sonra ağır vəziyyətə düşən BP şirkəti çıxış yollarında biri kimi Liviya kapitalını da nəzərdən keçirirdi.

«Qiyməti yarıbayarı azalan BP cəlbedici görünür. Əminəm ki, bu şirkət yenidən ayağa qalxacaq, ona görə bu addımı atmağı bizim investorlara məsləhət görəcəm». – Bu sözləri Liviya neft şirkətinin rəhbəri ötən ilin yayındakı müsahibəsində deyirdi.

Liviyanın BP-yə olan marağının səbəblərindən biri kimi tərəflər arasında neft sahəsindəki sıx əməkdaşlıq idi.

NEFT ÖLKƏSİ LİVİYA


Liviyanin iqtisadiyyatı tamamilə neft sənayesinə bağlı vəziyyətdədir. Ölkənin eksport gəlirinin 95 faizi neft və neft məhsullarının satışından əldə edilir.

Liviyanın dövlət neft şirkəti olan National Oil Corporation (NOC) gündəlik olaraq 1.72 milyon barel neft istehsal edir.

Liviya dünyanın varlı ölkələr siyahisində 74-cü yerdə olsa da, onun iqtisadi inkişaf göstəriciləri birbaşa olaraq neftin dünya bazarlarındakı qiymətindən asılıdır.

Böyük enerji resurslarına malik Liviyada kasıb təbəqənin neft gəlirlərindən heç və ya olduqca az qazancı olur. Bundan başqa ölkədəki işsizliyin 30 faiz həddinə çatdığı ehtimal olunur.

Liviya əhalisinin üsyanının əsas səbəblərindən biri kimi məhz əhalinin kasıb vəziyyətdə olduğu bildirlir.
XS
SM
MD
LG