Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:57

Barak Obama: «Liviyadakı zorakılıq biabırçı və yolverilməzdir»


Barak Obama
Barak Obama
ABŞ prezidenti Barak Obama Liviya ordusunun mülkü şəxslərə silah işlətməsini pisləyib. O, bunu «biabırçı və yolverilməz» sayıb.

Fevralın 23-də Liviya iğtişaşları ilə bağlı ilk dəfə şərh verən Obama deyib ki, Liviya hakimiyyəti Müəmmər Qəddafi rejimi əleyhinə etiraz edənlərə qarşı zorakılıq işlədilməsinə görə məsuliyyət daşımalıdır.

Barak Obama deyib ki, onlar beynəlxalq qurumlarla birlikdə Liviya böhranına qarşı ümumi cavab yolunu axtarmağı planlaşdırıblar.

ABŞ prezidenti göstəriş verib ki, onun milli təhlükəsizlik komandası Liviyada seçkilər üzrə təkliflər hazırlasın.

Həmin gün Avropa Birliyinin rəsmiləri də Qəddafi rejiminə mümkün cavab tədbirləri kimi sanksiyalar təklif ediblər.

XARİCİLƏR LİVİYANI TƏRK ETMƏYƏ ÇALIŞIRLAR

Minlərlə xarici vətəndaş Liviyadan qaçıb can qurtarmağa çalışır.

Hakimiyyət əleyhdarları məlumat verir ki, Liviyanın Benqazi və Tobruk şəhərləri də daxil olmaqla şərqi regionlara nəzarət edirlər.

Liviya rəhbəri Müəmmər Qəddafi bir çox ölkələrdə və beynəlxalq qurumlardakı səfirlərinin və silahlı qüvvələrin bəzi üzvlərinin istefası ilə üzləşib.

Xarici ölkələr eyni zamanda, Liviyadakı vətəndaşlarını ölkədən çıxarmaqda davam edir. Bu ölkədə olan azərbaycanlıların bəziləri də ölkəni tərk edib. Onlardan bəziləri Ukraynadan göndərilmiş təyyarə ilə Kiyevə uçub.

Müəmmər Qəddafi 40 ildir hakimiyyət başındadır və ötən həftədən ayağa qalxan nümayişçilər ondan istefa verməyi tələb edir. Qəddafi xalqa qarşı zorakılıq işlədib, yüzlərlə ölən var. Beynəlxalq birlik bu zorakılığı pisləyib.

BARACK OBAMANIN VƏZİYYƏTLƏ BAĞLI ÇIXIŞI GÖZLƏNİLİR


Yaxın saatlarda ABŞ prezidenti Barack Obamanın liviyadakı vəziyyətlə bağlı çıxışı gözlənilir.

Bu barədə Ağ ev məlumat verir.

Liviya rejimi ölkədə baş verən toqquşmalarda 300 nəfərin öldüyünü deyir.

Beynəlxalq insan haqları federasiyası isə azı 640 nəfərin öldüyünü xəbər verir
Beynəlxalq insan haqları federasiyası isə azı 640 nəfərin öldüyünü xəbər verir.

Onlardan 275-nin paytaxt Tripolidə, 230-nun isə Benqazidə öldüyü bildirilir.

Xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ölkəyə buraxılmır.

PİLOTLAR XALQA BOMBA ATMAQDAN İMTİNA EDİB TƏYYARƏLƏRİNİ PARTLATDILAR

Liviyada hərbi hava qüvvələrinin iki pilotu etirazçıların əlində olan Benghazi şəhərini bombalamaqdan imtina edib. Pilotlar fevralın 23-də hava qalxdıqdan sonra Benghazi yaxınlığında təyyarələri boş əraziyə yönəldərək, özləri də paraşütla yerə tullanıblar.

68 yaşlı Qaddafi fevralın 22-də tərəfdarları ölkəni bürümüş inqilabı yatırmaqda ona köməyə çağırıb. Bundan sonra onun tərəfdarları qruplar halında bu gün paytaxt Tripolinin küçələrinə çıxıablar. Sakinlər bildirirlər ki, küçəyə çıxmağa qorxurlar, çünki Qaddafi qarşılarına çıxan hər kəsə atəş açıqlar.

Liviya rəsmiləri son bir həftədə etiraz askiyalarına hökumət qüvvələrinin müdaxiləsi nəticəsində 300 nəfərin həlak olduğunu etiraf edir. Amma Beynəlxalq İnsan Haqları Federasiyası fevralın 23-də bildirib ki, ölkələrin sayı ən azı 640 nəfərdir.

Hökumət xarici jurnalistləri ölkəyə buraxmır. Amma jurnalistlər artıq Misirlə sərhəddən Liviyaya girməyə başlayıblar.

LİVİYA ƏRAZİSİNİN ÇOXUNA ARTIQ QADDAFİ NƏZARƏT ETMİR

Liviyada bir həftədən çoxdur davam edən etiraz askiyaları bütün ölkə boyu yayılıb. Vətəndaşlar Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulmasını, ölkədə demokratik islahatlar keçirilməsini tələb edirlər. Etiraz askiyası iştirakçıları Liviyanın şərq sahillərinə tam nəzarət etdiklərini bildirirlər. Xarici jurnalistlərin məlumatına görə son 24 saatda bu ərazilərdə nə polis, nə də əsgərlər gözə dəyməyib.

Fevralın 22-də Liviya lideri Muammar Qaddafi ölkəni evbəev etirazçılardan təmizləyəcəyini desə də bu gün yayılan xəbərlərə görə ölkə ərazisinin əksər hissələrinə artıq onun hökuməti nəzarət edə bilmir.
Muammar Qaddafi televiziya ilə çıxışında etiraz edən vətəndaşları hədələyir, 22 fevral 2011

Tobruk şəhərində də orduda baş verən parçalanmadan sonra dünən şəhərə nəzarət aksiya iştirakçılarının əlinə keçib.

Liviya liderinin tərəfdarlarını ölkəni bürüyən etirazları yatırmağa kömək etməyə çağırmasından sonra fevralın 23-də onun bir qrup tərəfdarı paytaxt Tripolidə küçələrə çıxıblar. Sakinlər bildirirlər ki, onlar küçədə qarşılarına çıxan hər kəsə atəş açırlar.

Qəddafi rejimi indiyə kimi toqquşmalarda 300 nəfərin həlak olduğunu etiraf edir. Amma İtaliyanın Xarici İşlər Nazirliyi bildirib ki, azı 1000 nəfərin həlak olduğuna əmindirlər.

Liviyanın Qəddafi rejiminin nəzarəti altında olan hissələrinə xarici jurnalistlər buraxılmır. Bu da xüsusilə ölkənin şərq hissələrində baş verənlərdən xəbər tutmağa imkan vermir.

Ərəb üsyanları

Bəzi məlumatlara görə Qəddafinin qüvvələri yalnız paytaxt Tripolinin bir hissəsinə nəzarət edə bilir.

QƏDDAFİ ÖZ XALQINA QARŞI SOYQIRIM TÖRƏDİR?

Amma Qəddafi rejiminə xidmətdən imtina etmiş Liviyanın BMT-dəki səfirinin müavini Ibrahim Dabbashi bildirir ki, hökumət ölkənin neftlə zəngin şərq əyalətlərində öz tərəfdarlarının nümayişini təşkil edir və əraziyə qoşun yeridir.
Liviyanın BMT-dəki səfirinin müavini Ibrahim Dabbashi, New York, 22 fevral 2011

Dabbashi bildirib ki, dünən çıxışında etiraz askiyası iştirakçılarının siçan və tarakana bənzədən Qaddafi faktiki olaraq öz tərəfdarlarını soyqırıma çağırıb:

- Təbii ki, adi vətəndaşların silahları yoxdur və məncə, artıq Liviyada soyqırım başlayıb. Qəddafinin dünənki çıxışı ona tabe olanlara Liviya xalqını qırmaq əmri idi.

"Quryna" qəzetinin yazdığına görə etiraz askiyası iştirakçılarının təhlükəsizlik idarələrini dağıtmasından sonra paytaxt Tripoli yaxınlığındakı Sabratah qəsəbəsinə ordu hissələri yeridilib.

DAXİLİ İŞLƏR NAZİRİ İNQİLABA QOŞULUB

Daxili İşlər naziri Abdel Fattah Younis istefa verərək ölkənin silahlı qüvvələrini xalqa qoşulmağa çağırıb. Fevralın 17-dən mitinqçilərin əlində olan Bengazi şəhərinə gedən nazir bildirib ki, artıq silahlı qüvvələrin bəzi bölmələri inqilabı müdafiə edir.

Qəddafinin ən yaxın tərəfdarları da getdikcə ondan üz döndəririlər. Fevralın 23-də Qəddafinin oğlu Saif al-İslamın yardımçısı istefa verdiyini bəyan edib.

Bu gün Liviyanın Avstriyadakı səfirliyi də Qəddafidən üz döndərərək dinc mitinqçilərə divan tutulmasını pislədiyini bildirib.

Qaddafinin 42 illik hakimiyyətinə son qoyulmasını istəyən aksiya iştirakçılarından biri, 23 fevral 2011
BMT təhlükəsizlik Şurasının sədri Qəddafinin mitinqçilərə qarşı hərbi hava qüvvələrindən istifadə etməsini pisləyib. Amma dünən bağlı qapılar arxasında keçirilən müzakirəlrədə Qəddafiyə qarşı hər hansı addımla bağlı qərar qəbul edilməyib. Bəzi diplomatlar onun rejiminə qarşı sanskiyalar və Liviya üzərindən uçuşlara qadağa təklif edirdilər. Onlar bu qadağalarla rejimin bir daha xalqa havadan zərbə endirməsinin qarşısını almaq istədiklərini deyirdilər.

Təhülkəsizlik Şurası beynəlxalq insan haqları təşkilatlarını və humanitar qurumları mümkün qədər Liviyaya yardım çatdırmağa çağırıb.

ABŞ Dövlət katibi Hillari Clinton da Liviyada hərbi qüvvələrdən xalqa qarşı istifadə olunmasını pisləyib:

- ABŞ həyəcanla Liviyada baş verənləri izləyir. Yaxınlarını itirənlərə baş sağlığı verir, beynəlxalq ictimaiyyətə qoşularaq zorakılıqları pisləyirik. Biz yüzlərlə adamın həlak olması, çox sayda yaralılar haqqında məlumat alırıq.

İTALİYA 300 000 QAÇQIN GÖZLƏYİR

İtaliyanın Xarici İşlər Nazirliyi bildirib ki, Qəddafi hökuməti artıq ölkənin şərqində Cyrenaicaəyalətinə nəzarəti tam itirib. Xarici İşlər naziri Francko Frattini deyib ki, Qəddafi rejimi yıxılsa, Liviyadan İtaliyaya 300 000 qaçqın gedə bilər.
Tripoli hava limanında Liviyadan çıxarılacağını gözləyən əcnəbilər, 22 fevral 2011
Ona görə də artıq Avropa Birliyi bu qaçqınları qarşılamağa hazırlaşmalıdır.

Hələ də on minlərlə xarici ölkə vətəndaşı Liviya hava limanlarında bu ölkədən nə zaman çıxarılacaqlarını gözləyirlər. Türkiyə Benghazi dəniz limanından istifadə etməklə gəmilərlə 3000 vətəndaşını çıxarıb. Bu ölkənin Liviyada 25 000 vətəndaşı çalışır.

ABŞ bu gün öz vətəndaşlarını Tripoli limanına göndərdiyi gəmi vasitəsilə Liviyanı tərk etməyə çağırıb.

Britaniya da dəniz yolu ilə Liviyadan çıxan vətəndaşlarını götürmək üçün özünün hərbi gəmisini bu ölkənin sahillərinə göndərib.

ƏHMƏDİNEJADIN ÇAŞDIRAN İFADƏLƏRİ


"Liviya rəhbərliyi etirazçıların qətlə yetirilməsinə son qoymalı, xalqın istəyini yerinə yetirməlidir!" Adətən Avropa və ABŞ liderlərinin istifadə etdikləri bu cümlə fevralın 23-də İran prezidentinin dilindən səslənib. Mahmud Əhmədinejad Liviya rəhbərliyinin etirazçıları qətlə yetirməsini pisləyərək, hakimiyyəti xalqın istəyini yerinə yetirməyə çağırıb.

Halbuki İranın özündə 2009-cu ildə Əhmədienjadın qalib elan edildiyi mübahisəli prezident seçkisindən sonra keçirilən etiraz askiyalarında mitinqçilərə divan tutulub.

Bu gün dövlət televiziyası ilə çıxışında Əhmədinejad bildirib ki, indi ərəb ölkələrini bürüyən üsyanlar Avropa və Amerikaya da çatıb “özündənrazı hakimiyyətləri” yox edəcək.
XS
SM
MD
LG