Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:03

Azərbaycan Dövlət Neft Şirkəti şəffaflığa görə "0" alıb


Xəzərdə Çıxarq platforması
Xəzərdə Çıxarq platforması


dünyada hər üç kasıbdan ikisi neft ölkəsində yaşayır


Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternational və Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) martın 1-də yaydıqları hesabatda qeyd edirlər ki, neft və qaz şirkətləri korrupsiyanın dayandırılması üçün daha çox iş görməlidirlər. Hesabatda qeyd edilir ki, artıq şirkətlər öz gəlirləri haqqında məlumatlar verməklə bu istiqamətdə müəyyən addımlar atıblar, amma hələ daha çox işlər də görülməlidir.
Transparency International təşkilatının direktoru Huguette Labelle, mətbuat konfransında, 23 sentyabr 2008

Transparency İnternational təşkilatının direktoru Huguette Labelle bildirir ki, şəffaflığın artırılması yaxşı xəbərdir. Amma hələ də çox az şirkət işlədiyi ölkələrdə hökumətə ödədikləri pullar haqqında məlumat verir:

“Hazırda dünyada hər üç kasıbdan ikisi neftlə zəngin ölkələrdə yaşayır. Bu insanlar hökumətlərinin şirkətlərdən nə qədər qazanc aldıqları haqqında məlumat almaq hüququna malikdirlər.”
Hesabatda qeyd edilir ki, 44 neft-qaz şirkətinin ictimaiyyətə nə qədər açıq olmasına dair 2010-cu ildə sorğu keçirilib. Sorğuya cəlb olunan şirkətlər hazırda dünyanın neft və qaz hasilatının 60 faizini istehsal edirlər.

ARDNŞ NİYƏ "0" ALIB?

Araşdırmaya Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) – SOCAR da cəlb
ARDNŞ-nin emblemi
edilib.

Hesabata görə SOCAR anti-korrupsiya proqramları barədə ümumiyyətlə məlumat vermir. Yəni, məlum deyil ki, şirkət özünün daxilində rüşvətxorluqla necə mübarizə aparır. Bu göstəriciyə görə Azərbaycan şirkəti Rusiyanın Gazprom şirkəti ilə bir sırada "0" faiz alıb.

Bəzi hallarda "0" gösrətici olan şirkətlər rüşvətxorluğu özlərinin daxili kodekslərinə əsasında cilovladıqlarını bildiriblər. Onların bəziləri hətta öz kodekslərinin surətini də hesabat müəlliflərinə göndəriblər: “Amma bu sənədlərin heç birini öz ictimaiyyətlərinə açıqlamayıblar” – deyə sənəddə qeyd edilir.

Təşkilat kimi açıqlıq baxımdan isə SOCAR-ın göstəricilərinin bir qədər yaxşı, təxminən 50 faiz göstərilib.

Amma bu da ümumi dünya göstəricisindən aşağı nəticədir. Açıqlıq baxımdan
Francois Valerian
dünyada neft-qaz şirkətilərinin orta göstəricisi 65 faizidr.

Azərbaycan Dövlət Neft Şirkətindən bu tənqidlərə cavab almaq mümkün olmadı.

Transparency İnternational təşkilatının Özəl Sektor Proqramlarının direktoru François Valerian bildirir ki, ARDNŞ şirkət daxilində rüşvətin qarşısının alınması müxanizminə dair anti-korrupsiya proqramını qəbul qəbul edib, sonra da həmin sənədi ictimaiyyətə elan etməlidir:

- Korrupsiya müxtəlif formalarda ola bilər. Bu işə götürmədə nəğd pulla rüşvət alma, siyasi qrupların maliyyələşdirilməsi, biznes tərəfdaşların şəxsi maraqlara uyğun seçilməsi və s. formalarda meydana çıxa bilər. ARDNŞ də özünün anti-korrupsiya programını Transparency İnternational, və ya BMT-nin korrupsiya ilə mübarizə təlimatlarına uyğun şəkildə yarada bilər. Bu, olduqca vacib sənəddir.


KORRUPSİYA İLƏ MÜBARİZƏ SƏMİMİ APARILANDA ALQIŞLANIR


Azərbaycanda hökumətin apardığı korrupsiya əleyhinə kampaniyanın mümkün nəticələri barədə suala cavabında Francois Valerian deyib ki, həmin kampaniyanın detalları haqqında ətraflı məlumatı olmasa da rüşvətxorluğa qarşı səsmimi aparılan istənilən kampaniyanı alqışlayır:

- Korrupsiya ilə mübarizənin mümkün olmadığını heç vaxt söyləmək olmaz. Dünyada o qədər ölkə var ki, bu sahədə ciddi uğurlar əldə ediblər. Elə korrupsiyalaşmış sistemlər vardı ki, 10 il əvvəl onunla mübarizənin nəticə verəcəyini bəlkə çoxları gözləmirdi. Amma indi həmin sistemlər faktiki olaraq aradan qalxmaqdadır. Hansı qanuni alətlərdən istifadə edilməli olduğu da bəllidir.

Neft-qaz sektorunda işləyən şirkətlər bağlı yayılan hesabatda həmçinin qeyd edilir ki, şirkətlər işlədikləri ölkələrin hökumətlərinə neft gəlirlərindən nə qədər pul ödədikləri barədə vaxtaşırı məlumat verməlidirlər. Çünki belə məlumatlar sonradan vətəndaşların öz hökumətlərindən həmin pulların hara xərclənməsini soruşmlarına imkan yaranır.
İlham Şaban

Yerli ictimai fəallardan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, əslində şirkət dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna ödənişləri haqqında müntəzəm məlumat verir, amma problem başqa məsələdədir:

- Bu məlumatlar hər ay şirkətin saytına yerləşririlir. Bundan başqa, SOCAR 2004-cü ildən illik maliyyə hesabatlarını da dərc edir. Doğrudur, həddən artıq ləngimələr olsa da, hər halda, dərc olunur. Amma problem ondadır ki, bu hesabatların təqdimatı keçirilmir. Onu hazırlayan rəsmilərə mümkün sualları yönəltmək mümkün olmur. Hazırlanan hesabatların həm də təqdimatı keçirilsə, ekspertlər, jurnalistlər həmin tədbirdə müəlliflərə öz suallarını da verə bilərdilər.


HÖKUMƏTƏ VERİLƏN PULLAR BARƏDƏ MƏLUMAT YAYILMALIDIR


Hesabatda anti-korrupsiya tədbirləri və şəffaflığa görə ən yaxşı qiymət Britaniyanın BG şirkətinə verilir.

Transparency İnternational və Revenue Watch Institute 2008-ci ildə də bu məzmunda bir hesabat hazırlayıb. Onlar bildirirlər ki, həmin hesabatın yayılmasından bu yana keçən iki il ərzində neft-qaz şirkətlərinin gəlirlər haqqında məlumat yayması vəziyyəti xeyli yaxşılaşıb.

Sənədə görə 2008-ci ildə sorğuya cəlb edilən 42 şirkətdən 21-i gəlirləri haqqında məlumat vermirdi. Amma keçən il aparılan sorğudan aydın olur ki, 44 şirkətdən səkkizi belə məlumatları yaymır.

Müəlliflər hesab edirlər ki, getdikcə daha çox neft-qaz şirkəti korrupsiyanın qarşısının alınmasında öz məsuliyyətini başa düşür.

Bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün isə Transparency İnternational və Revenue Watch Institute sərmayəçiləri şəffaflıq sahəsində göstəriciləri daha yaxşı olan şirkətlərlə işləməyə çağırır.

Korrupsiyanın dayandırılmasında hökumətlərin görəcəyi iş də klassikdir: təbii sərvətlərdən ictimai maraqların daha yaxşı təmin edilməsi üçün istifadə etmək!

HESABATDA ORTAYA ÇIXAN ƏSAS MƏQAMLAR:


  • 2008-ci illə müqayisədə indi daha çox neft-qaz şirkəti özlərinin anti-korrupsiya proqramları barədə məlumatlar verirlər.
  • Tənzimləmə qaydaları şəffaflığın səviyyəsini artırıb.
  • Yerli neft-qaz şirkətləri ilə müqayisədə beynəlxalq şirkətlər məlumatların yayılmasında daha fəaldırlar.

TÖVSİYYƏLƏR:


  • Neft-qaz şirkətləri özlərinin anti-korrupsiya proqramları barədə könüllü şəkildə ictimaiyyətə məlumat verməlidirlər.
  • Şirkətlər özlərinin şərikləri, tərəfdaşları və işlətdikləri yataqlar haqqında məlumat verməlidirlər.
  • Dövlətlərin nəzarətində olan milli neft-qaz şirkətləri beynəlxalq, ya da heç olmasa, ümumi qəbul edilmiş mühasibatlıq standartları tətbiq etməlidirlər. Onlar həmçinin müntəzəm olaraq müstəqil audit yoxlamalarının nəticələri haqda məlumat verməlidirlər.
  • Beynəlxalq reytinq agentlikləri və risk təhlilçiləri özlərinin qiymətləndirmə meyarlarının sırasına şəffaflıq göstəricilərini də əlavə etməlidirlər.
XS
SM
MD
LG